Fəttah Heydərov: “Ordumuz böyük uğur qazanıb, öz gücünü göstərib”
Tarix: 06.04.2016 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Azərbaycan-Ermənistan təmas xəttində baş verən hadisələrlə bağlı tədbir keçirilib. Tədbirdə cəbhədə şəhid olan Azərbaycan hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov açıb. O bildirib ki, cəbhədə son günlər baş verənlərlə bağlı Azərbaycan ağsaqqalları böyük fəxarət hissi keçirir: “Vaxtilə Azərbaycanın səriştəsiz rəhbərlərinin günahı ucbatından torpaqlarımız işğal olunub. Lakin bu gün Azərbaycan xalqı öz Pezidentinin ətrafında sıx birləşib. Heç bir qüvvə Azərbaycanın birliyini sarsıda bilməz. Bu gücün, bu siyasətin nəticəsində  in rəhbərliyi ilə işğal olunmuş torpaqlarımız Azərbaycana qaytarılacaq”.  
F. Heydərov əlavə edib ki, Azərbaycan-Ermənistan münaqişəsinin ədalətli həlli üçün ilk addımlar atılıb: “Ordumuz böyük uğur qazanıb, öz gücünü, öz cəsarətini göstərib. Dünya miqyasında bizim qələbəmiz tanındı. Bütün dünya Dağlıq Qarabağ və rayonların Azərbaycana məxsus olduğuna bir daha inandı. Azərbaycan istənilən məsələdə öz haqq işini müdafiə etməyə qadir olduğunu göstərdi. Bizim prezidentimiz hər zaman deyir ki, bizim güclü, müasir ordumuz var. Son hadisələr bu fikri həqiqətə çevirdi”. Millət vəkili qeyd edib ki, Azərbaycan regionda sülh istəyir: “Azərbaycan regionda müharibə istəmir. Belə bir zamanda bizim səbrimizdən istifadə edən yağı düşmən işğal etdikləri ərazilərdə sakit dayanmadı. Bizim cəbhəyanı ərazilərimizə, mülki əhalimizə atəş açdılar. Biz şəhidlər verdik, qələbə olan yerdə şəhidlər də olmalıdır. Düşmən gücümüzü hiss etdi, bunu gördü”.
F. Heydərov onu da qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin heç kimin ianəsinə ehtiyacı yoxdur: “Silahlı Qüvvələrimiz dövlətin, prezidentimizin böyük qayğısı ilə əhatə olunub”.
Tədbirdə çıxış akademik Teymur Bünyadov qeyd edib ki, cəbhədə son baş verən hadisələrin fonunda insanlar, gənclər ruhlanıb: “Bu gün gənclərin qarşısını almaq mümkün deyil. Bu, böyük başlanğıcdır. Dünya, habelə bizim nankor düşmənlərimiz gördü ki, biz kimik. Onlar bizim gücümüzü gördülər. Çox çəkməz, çox yaxın vaxtlarda daha böyük uğurlar qazanacağıq”. 
Tədbirdə çıxış edən digər şura üzvləri də Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə son uğurlarından ruhlandıqlarını, böyük qürur hissi keçirdiklərini qeyd ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info