“Büdcənin gəlir hissəsinin təmin olunmasında qeyri-neft sektorunun payı yüksəkdir“
Tarix: 06.04.2016 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Nazir müavini: "Süpürgəçi axır qəpiyinədək vergi ödəyir, ayda 10 toya gedən müğənni bunu etmir"


"Bu ilin I rübündə Vergilər Nazirliyi dövlət büdcəsinin icrası ilə bağlı t proqnoz tapşırığa 101,4% əməl edib".
Bunu Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən "Açıq qapı günü" çərçivəsində vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Nazir müavininin sözlərinə görə, büdcənin gəlir hissəsinin təmin olunmasında qeyri-neft sektorunun payı yüksəkdir: "Bu ilin 3 ayında qeyri-neft sektorundan daxilolmaların payı 78,5% təşkil edib. Yalnız 22,5%-i neft sektorundan daxilolmaların payına düşüb".S. Ələkbərov əlavə edib ki, proqnozlara görə, bu ilin sonuna neft sektorundan daxilolmalar cəmi 23% təşkil edəcək.
Azərbaycanda vergi sahəsində ən böyük problem vergi mədəniyyətinin olmamasıdır.
Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib ki, ölkədə hələ də vergi vərdişi formalaşmayıb: "Bütün sahələrdə vergidən yayınma var. Neft sahəsi şəffaf sahədir, orada demək olar ki, vergidən yayınma yoxdur. Ticarət, ictimai iaşə, tikinti sahəsində vergidən yayınma halları çoxdur. Bizim hesablamalarımıza görə, bu sahələrdə yayınma faizlə yox, dəfələrlə çoxdur. Şou-biznes nümayəndələri, böyük məbləğ müqabilində toya gedən müğənnilər 50 manat vergi ödəyir. Amma səhər tezdən küçələri süpürən və bunun müqabilində 300 manat məvacib alan süpürgəçi axır qəpiyinədək vergi ödəyir. Ay ərzində 10 toya gedən, yüksək gəlir əldə edən vergi ödəmək istəmir. Xeyir ola?! Aparılan maarifləndirmə işlərindən sonra ötən ilin dekabrında şou-biznes nümayəndələri tərəfindən ödənilən verginin ümumi məbləği dəfələrlə artıb. Bu ilin birinci rübündə də bu sahədə artım var".

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib
26.09.2018
“Karyerada ilk addım”: 254 vakant iş yeri təqdim edilib
26.09.2018
“Gazprom Neft”in nümayəndələri SOCAR-ın təlim mərkəzləri ilə tanış olub
26.09.2018
Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulub
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info