“Fevralın 1-dən martın 1-dək əmanətlərdən tutulan gəlir vergisi əmanətçiyə qaytarılmalıdır”
Tarix: 06.04.2016 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


"Bu ilin fevralın 1-dən martın 1-ə qədər banklar tərəfindən əmanətlərdən gəlir vergisi tutulubsa, bu məbləğ əmanətçilərə geri qaytarılmalıdır". Bunu Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən “Açıq qapı günü” çərçivəsində Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarənin rəisi Samirə Musayeva deyib.
"Bildiyiniz kimi, qanunda əmanətlərdən gəlir vergisinin fevralın 1-dən azad olunması nəzərdə tutulurdu. Qanun isə martın 1-də imzalandı.  Qeyd etmək istəyirəm ki, qanun 1-2 ay sonra imzalansa da, qanunda tətbiqi nəzərdə tutulan vaxt nəzərə alınmalıdır. Buna görə də banklar əmanətlərdən gəlir vergisi tutublarsa, bu məbləğ əmanətçilərə geri qaytarılmalıdır. Bu çox sadə bir əməliyyatdır. Banklar müştəriləri ilə bu məsələni həll etməlidir. Daha sonra bəyannamələrdə düzəliş edilə bilər. Əgər vəsaitlər büdcə vəsaiti hesabına qaytarılıbsa, büdcə ilə qarşılıqlı hesablaşmalar aparılmalıdır. Başqa sözlə, bu məsələdə əmanətçilərin hüquqları qorunur", - deyə S. Musayeva bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Azərbaycanda startapçılara geniş imkanlar təqdim edən “Falcons Summit” sammiti keçirilir
24.04.2019
KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib
24.04.2019
“Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçiriləcək
23.04.2019
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23.04.2019
Gürsel Baran: “Türkiyə-Azərbaycan ticarət həcmini 5 milyard dollara çatdırmağı planlaşdırırıq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info