“İran nüvə proqramından imtina etməyəcək”
Tarix: 27.02.2013 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


İran Milli Yüksək Təhlükəsizlik Şurasının baş katibi və nüvə üzrə baş müzakirəçi Səid Cəlili İranın nüvə proqramından imtina etməyəcəyini və bu proqramı daha da təkmilləşdirəcəyini deyib.
Qazaxıstanda təşkil olunan, İran ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkə və Almaniyanın birləşdiyi “5+1” qrupu arasındakı nüvə müzakirələrindən sonra açıqlama verən Cəlili, nüvə silahlarının yayılmasının qarşısının alınması tərəfdarı olan İranın sülh məqsədləri ilə bağlı olaraq nüvə proqramını təkmilləşdirəcəyini bildirib.
Qərb ölkələri və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) nüvə silahlarının yayılmasının qarşısının alınması ilə bağlı razılaşmaya ziyan vuracağı iddiasıyla İrandan uranın zənginləşdirilməsi proqramını dayandırmağı istəyir.
ABŞ və bəzi ölkələr Tehranın nüvə çalışmalarının silah istehsal etmək məqsədi daşıdığından şübhə edirlər. İran isə nüvə çalışmalarının tamamilə sülh məqsədi daşıdığını bildirir.
NURANƏ




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib
20.02.2019
Suriyanın yeni konstitusiyası hazırlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info