Bakı Vergilər Departamentində «Açıq qapı günü» keçirilib
Tarix: 06.04.2016 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Aprel ayının 6-da Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində (BVD) KİV nümayəndələri üçün “Açıq qapı günü” keçirilib. Tədbir BVD-nin yenidən qurulmuş və genişləndirilmiş vergi ödəyicilərinə xidmət mərkəzinin təqdimatı ilə başlayıb. BVD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin rəisi Ağami Tahirov mətbuat nümayəndələrinə xidmət mərkəzinin əsas fəaliyyət istiqamətləri, iş prinsipləri və s. barədə ətraflı məlumat verdi. Bildirildi ki, Xidmət Mərkəzi yenidən qurularaq genişləndirilib, onun eyni vaxtda xidmət göstərdiyi yerlərin sayı iki dəfədən çox artırılıb və lazımi maddi texniki baza ilə təmin olunaraq vergi ödəyicilərinin istifadəsinə verilib.
Xidmət Mərkəzinə müraciət edənlərə burada vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat və izahatlar verilir, qüvvədə olan vergilər, onların hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və vəzifələri, vergi qanunvericiliyinin tətbiqi məsələləri, vergi bəyannamələrinin təqdim olunma müddətləri, vergi güzəştlərindən istifadə edilməsi, vergi borcu haqqında ətraflı məlumatlar verilir, vergi ödəyicilərinə hazırda mövcud olan bütün vergi xidmətləri göstərilir.
Qeyd olundu ki, burada mobil nömrə vasitəsilə identikləşdirilən, asanlığı və rahatlığı ilə fərqlənən, vergi ödəyicisinin məlumatlarının təhlükəsizliyinə xidmət edən «ASAN imza»nın alınmasında da əməli kömək göstərilir. Müraciət edən şəxslərin məmnunluğunu və rahatlığını təmin etmək məqsədilə xidmət mərkəzi növbə, qeydiyyat, videonəzarət, səsyazma və qiymətləndirmə (sorğu keçirmə) sistemləri ilə təchiz olunub. Xidmət mərkəzinin girişində elektron növbə terminalı quraşdırılıb ki, bu da vergi ödəyicilərinə xidmətin təhlil əsasında qurulmasına imkan yaradır.
Mərkəzlə tanışlıqdan sonra akt zalında KİV nümayəndələri ilə görüş keçirildi. Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov nazirliyin görüşdə iştirak edən rəhbər vəzifəli şəxslərini təqdim etdi və açıq hökumətin təşviq edilməsi istiqamətində görülən tədbirlərin davamlılığının təmin olunması, dövlət orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən müxtəlif sahələr üzrə mütəmadi olaraq “Açıq qapı günləri”nin təşkil edildiyini, bu tədbirin də həmin silsilədən olduğunu qeyd etdi.
S.Ələkbərov vergi sistemində aparılan islahatlar, həyata keçirilən yeniliklər və Vergilər Nazirliyində son bir neçə ayda aparılmış struktur və kadr islahatları barədə KİV nümayəndələrinə ətraflı məlumat verərək qeyd etdi ki, yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq, biznes mühitinin yaxşılaşdırılması və vergi ödəyicilərinin fəaliyyətinin genişləndirilməsi üçün həm qanunverici səviyyədə, həm də Vergilər Nazirliyinin öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atılıb, ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib, kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və üç istiqamət istisna olmaqla əksər operativ nəzarət tədbirləri dayandırılıb. Bütün bunlar biznes mühitinin səmərəliliyinə, vergi ödəyicilərindən daxil olan şikayətlərin azalmasına öz müsbət təsirini göstərib.
Vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması üçün ciddi tədbirlər görüldüyünü diqqətə çatdıran vergilər nazirinin müavini vergi ödəyiciləri tərəfindən də vergi uçotunun aparılmasında şəffaflığın təmin olunmasının vacib olduğunu vurğulayıb. Bu məqsədə çatmaq üçün son bir ay ərzində Bakıda və regionlarda istehsal və ticarət sektorunda çalışan sahibkarlarla çoxsaylı görüşlər keçirildiyini xatırladan nazir müavini qeyd edib ki, vergi ödəyicilərinə dövriyyələrini düzgün göstərmək, sənədləşmə işlərini şəffaf aparmaq, bu sahədə pozuntulara yol verməmək tövsiyə olunub.
Sonra nazirliyin rəhbər vəzifəli şəxsləri KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırdılar.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info