Gömrük hüquqpozmaları üzrə 61 cinayət işi başlanıb
Tarix: 06.04.2016 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Bu ilin birinci rübündə Dövlət Gömrük Komitəsinin (DGK) İstintaq İdarəsinin icraatında olan materiallar əsasında 61 cinayət işi başlanıb.
Komitənin Mətbuat Xidmətindən verilən məlumata görə, bundan 52 cinayət işinin icraatı başa çatdırılıb ki, həmin işlərdən də 63 şəxs barəsində 47 cinayət işi ittiham aktı ilə baxılması üçün məhkəmələrə göndərilib, 5 cinayət işinin icraatına isə xitam verilib.
Həmin müddət ərzində cinayət işləri üzrə 36 min 867,21 manat vurulmuş ziyan və cinayət işinin başlanılması rədd edilmiş materiallar üzrə 101 min 868,55 manat gömrük ödənişləri ödətdirilib.
Eyni zamanda, cinayət işləri üzrə 21 mln. 750 min Rusiya rublu, 4702 manat dəyərində 180,6 qram qızıl-zinət əşyaları və cinayət işinin başlanılması rədd edilmiş materiallar üzrə 41 min 600 ABŞ dolları, 18 min 103 manat, 10 min 746 manat dəyərində isə 163 ədəd mobil telefon dövlət mülkiyyətinə keçirilib.Bundan başqa, 2016-cı ilin birinci rübündə İstintaq İdarəsinin icraatında olmuş cinayət işləri üzrə 30 min 728,32 manat məbləğində mülki iddia qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında ödətdirilib.
Hazırda İstintaq İdarəsinin icraatında olan 83 cinayət işi üzrə istintaq davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info