AGAT Fransada döyülən tələbələrimizlə bağlı bəyanat yayıb
Tarix: 27.02.2013 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


“Tələb edirik ki, iki Azərbaycan gəncini vəhşicəsinə döyən insanlar layiqli cəzalarını alsınlar”
Xəbər verildiyi kimi, ötən gün Parisdə Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov FMA-nın üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) Fransada döyülən tələbələrimizlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu hadisə Avropa dəyərlərini Azərbaycanda təbliğ edən bir təşkilat kimi bizi məyus və narahat edir: “Belə ki, Fransada baş verən bu hadisə insan hüquqlarının kobudcasına pozulması, eləcə də fiziki zorakılıq və təhqirdir. Bu hadisə həm də parlamentar və ermənilər tərəfindən ayrı-seçkilik və qeyri-tolerant hərəkət kimi xarakterizə olunur. Eləcə də insan hüquq və azadlıqlarına ziddir. Fransa hər zaman demokratiyanın dünyada təşviqi və onun ölkələrdə daha da inkişafı ilə bağlı imic yaradan ölkə olub. Amma Fransanın bu addımı qeyri-demokratik, qərəzli və qeyri-obyektivliyi ilə müşahidə olunur”. Bəyanatda vurğulanır ki, AGAT Avropa demokratik-bəşəri dəyərlərinin cəmiyyətdə tətbiqini ən unikal inkişaf modeli sayır və Azərbaycanda təbliğ edir: “AGAT Azərbaycanda gənc nəslin iştirakı ilə sülh, insan hüquqları və qərb demokratik dəyərlərinin əsas təbliğatçılarından biri kimi fəaliyyət göstərir. Əsas missiyası qərb vətəndaş cəmiyyəti modelinin Azərbaycanda daha da möhkəmlənməsinə nail olmaqdır. Ona görə də xahiş edirik ki, Fransanın dövlət strukturları, eləcə də Fransanın Azərbaycandakı səfirliyi bu halla bağlı açıqlama versin. Eyni zamanda tələb edirik ki, iki Azərbaycan gəncini vəhşicəsinə döyən insanlar layiqli cəzalarını alsınlar. Bu həm də mövcud vəziyyətdə ədaləti bərpa etmiş olar”.
FUAD




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info