BANM-də orduya dəstək aksiyası keçirilib
Tarix: 06.04.2016 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Böyük ruh yüksəkliyində olan Bakı Ali Neft Məktəbinin tələbələri cəbhədə aprelin 1-dən başlayaraq gedən şiddətli döyüşlərdə rəşadətli ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi və hərbiçilərimizə dəstək münasibəti ilə orduya dəstək aksiyası keçiriblər. Azərbaycan əsgərlərinin Qarabağ uğrunda apardığı döyüşlərə dəstək məqsədilə tələbələr vətənpərvər ruhda əsgər marşı oxuyub və Azərbaycanın üçrəngli bayraqlarını dalğalandırıblar. Tələbələr “Yaşasın Azərbaycan əsgəri!”, “Var olsun vətənimiz! Xar olsun düşmənimiz!”, “İlhamla İrəli! Get qazan zəfərləri!” “Hər şey vətən üçün!”, “Şəhidlər ölməz! Vətən bölünməz!”, “Vətən sənə, canım fəda!”, ”Qarabağ bizimdir! Bizim olacaq!”, “Ordumuzla fəxr edirik!”, “Bir millət-iki Dövlət! Azərbaycan-Türkiyə!”, “Qarabağ üçün vuruşmağa ancaq Ali Baş Komandanın əmrini gözləyirik!” şüarlarıyla ordumuza dəstək nümayiş etdiriblər.
Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov xalqımızı təbrik edərək Azərbaycan kəndlərini, yaşayış məntəqələrini, hərbi mövqelərimizi şiddətli atəşə tutan Ermənistanın hərbi qüvvələrinə cavab olaraq Azərbaycan ordusunun son günlərdə düşmənə sarsıdıcı zərbələr vurduğunu, Azərbaycanın işğalda olan bir neçə yüksəkliyi ordumuz tərəfindən azad edildiyi və bununla böyük qürur hissi keçirdiyini bildirib. Rektor Elmar Qasımov qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu gün isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində qurulan güclü ordumuzun qəhrəmanlıqları Azərbaycanı günü gündən qələbəyə aparır. Elmar Qasımov beynəlxalq təşkilatların çağırışlarına əməl qoymayan Ermənistanın dəfələrlə cəbhə xəttində təxribata cəhd göstərdiyini lakin Azərbaycan ordusu tərəfindən onlara layiqli cavab verildiyini deyib. O, bütün dünyanın Azərbaycanın haqlı mövqedə olduğunu bildiyini deyərək Qarabağın tezliklə işğaldan azad olacağına və orada Azərbaycan bayrağının ucaldılacağına əminlik ifadə edib. Rektor Qarabağ uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini yad edərək, onların ruhunun şad olması və torpaqlarımızın bütövlüyü naminə hər kəsi Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyi, həmrəy, vətənpərvər ruhda və daima bir olmağa çağırıb.
Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov son günlərdə cəbhə xəttində yaşanan hadisələrdən böyük qürur hissi keçirdiyini, haqq səsimizi dünyaya çatdırmağa bacardığımızı və Azərbaycan xalqının doğma torpaqlarının erməni işğalçılarından azad etməyə hər an hazır olduğunu deyib. O, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində tezliklə qələbə sevincini Qarabağda qeyd edəcəyimizə əminlik ifadə edib və gənclərə daima belə vətənpərvər ruhda olmalarını arzu edib.
Orduya dəstək aksiyası tədbir iştirakçıların Azərbaycan himninin səsləndirilməsi və torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hər an hazır olduqları şüarları ilə başa çatıb.
Qeyd edək ki, ölkəmizdə müşahidə olunan böyük ruh yüksəkliyi ərəfəsində Bakı Ali Neft Məktəbi xalqımıza həmrəy və ordumuza dəstək olaraq Azərbaycanın üçrəngli bayraqlarını ali məktəbin inzibati binasının bütün pəncərələrindən dalğalandırır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info