“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”
Tarix: 06.04.2016 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Albaniya parlamentinin spikeri Ilir Rexhep Meta Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması üçün  hərbi təxribata əl atması ilə bağlı müraciətinə cavab olaraq açıqlama verib.
AAC-dan verilən məlumata görə, açıqlamada bildirilir ki, Albaniya regionun dondurulmuş münaqişəsi olan Dağlıq Qarabağ ətrafında cərəyan edən sonuncu böhran zamanı zorakılığın artması, mülki obyektlərin dağıdılması və insan itkilərinin baş verməsi ilə bağlı narahatçılıq keçirir: “Biz beynəlxalq ictimaiyyətin səylərini, atəşkəs rejiminin dərhal bərpası çağırışlarını, vəziyyətin de-eskalasiyası və mülki əhalinin müdafiə edilməsini dəstəkləyirik. Beynəlxalq hüquq və qaydalara üstünlük verilməli, tərəflərBMT Təhlükəsizlik Şurasının qətnamələrini əldə rəhbər tutaraq, münaqişənin hərtərəfli, yekun və davamlı həlli üçün danışıqlara başlamalıdırlar. Bu tam aydın olan, həm Avropa İttifaqı, həm dəATƏT tərəfindən qəbul edilən prinsiplər  münaqişənin həlli üçün əsas olmalıdır”.
Açıqlamada qeyd olunub ki, bu akt və prinsiplərə əsasən Dağlıq Qarabağbölgəsi Azərbaycanın ayrılmaz hissəsidir və ATƏT-in Minsk qrupu bütün tərəfləri danışıqlara cəlb etmək və münaqişənin həlli yollarının tapılmasına yardım etmək üçün düzgün platformadır. Albaniya inanır ki, ərazi bütövlüyü prinsipi müasir dövlətlərarası münasibətlərin tənzimlənməsində başlıca nizam vasitəsidir. Bura həmçinin işğalın və əhalinin öz torpağından sıxışdırılmasının pislənməsi də daxildir: “Albaniya Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir. Tamamilə uyğundur ki, beynəlxalq ictimaiyyət müvafiq imkanlar yaranan kimi məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qaydada qayıtmasına səylərini artırsın.  İstənilən təcavüz dayandırılmalı və qarşısı alınmalıdır. Əks təqdirdə onun nəticələri dağıdıcı ola bilər. Xüsusilə, günahsız mülki vətəndaşların həyatlarını müdafiə etmək lazımdır”.
Spikerin fikrincə, Yaxın Şərq, Balkanlar və Avropada baş verən hazırkı qaçqın böhranı münaqişələrin vaxtında qarşısının alınmamasının pis nümunəsidir. Bu, beynəlxalq əməkdaşlığın əsas hədəfi olmalıdır: “Əks halda biz dağıdıcı müharibənin qonşuluğunda yerləşən mürəkkəb regionda vəziyyətin pisləşməsi ilə risk edirik ki, burada sülh, stabillik və qlobal iqtisadiyyat üçün nəticələrin kəskin pisləşməsi potensialı böyükdür. Azərbaycan, regiondakı sülh və stabillik Albaniya, Balkanlar və Avropa üçün çox vacibdir. Enerji diversifikasiyası, enerji təhlükəsizliyi layihələri və “Cənub Qaz Dəhlizi”nin gələcəyi çox önəmlidir və daha bir münaqişə tərəfindən təhlükə altına qoyulmamalıdır.
Azərbaycan düzgün istiqamətdə ilk addımı atıb. Bu Azərbaycanın sülhə sədaqətini nümayiş etdirir və əks tərəfdən də müvafiq cavabı gözləyir. Buna görə də, biz Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf yeddi rayondan dərhal çıxarılmasına çağırırıq”. 




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info