Sarkisyan Berlində etirazla qarşılandı
Tarix: 06.04.2016 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Aprelin 6-da Berlində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya ofisinin təşkilatçılığı, Azərbaycan Tələbə Şəbəkəsi, Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəziınin fəallarının dəstəyi ilə Ermənistan prezidenti Serj Sarkisyanın Almaniyaya  işgüzar səfəri ilə bağlı etirazlarını bildirmək üçün Federal Kanslerin qərargahı (Bundeskanzleramt) qarşısında etiraz aksiyası keçirilib.
TEAS-dan verilən məlumata görə, aksiyada türk və gürcü diasporlarının nümayəndələri də iştirak ediblər.
Aksiya beynəlxalq ictimaiyyəti Ermənistanı işğal olunmuş ərazilərdən çıxmağa və  BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyə məcbur etməyə çağırırdı.
Nümayişçilər beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarından çıxmayana qədər Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi tələb edib, Federal Kansler Merkelin nəyə görə erməni təcavüzünün əsas təşəbbüskarlarından biri və Xocalı qırğınına görə məsuliyyət daşıyan bir şəxslə görüşdüyü soruşublar.
Qeyd edək ki, TEAS-ın Almaniya ofisinin direktoru Şahin Namati-Nasab Kansler Angela Merkelə məktub hazırlayaraq ona öncədən ErmənistanınBMT-nin 1993-cü ildə qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən, Ermənistanı ərazidən çıxmağa və hərbi əməliyyataları dayandırmağa çağıran dörd qətnaməsinə qarşı hörmətsiz yanaşmasını xatırlatmışdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info