Ermənistana KTMT və Avrasiya İttifaqı daxilində dövlət kimi hörmət edən yoxdur
Tarix: 07.04.2016 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


İttifaqın hökumət başçılarının bu ilin aprelin 8-də İrəvanda keçirilməsi planlaşdırılan görüşü aprelin 13-də Moskvada keçiriləcək

Avrasiya İqtisadi Komissiyasının mətbuat xidmətinin məlumatına istinad edən TASS agentliyi Avrasiya İqtisadi İttifaqı hökumət başçılarının bu ilin aprel ayının 8-də İrəvanda keçirilməsi planlaşdırılan görüşünün aprelin 13-də Moskvada keçiriləcəyini bildirib.
Görüş yerinin dəyişilməsi daha çox Ermənistanda yaranmış vəziyyətlə, daha doğrusu, ermənilərin cəbhə xəttində törətdiyi təxribatla bağlıdır. Maraqlı məqamlardan biri də budur ki, bu məsələdə Qazaxıstan hökumətinin mövqeyi həlledici olub. Belə ki, rəsmi Astananın imtinası nəticəsində İrəvan görüşü baş tutmayıb. Qazaxıstanın Baş naziri Kərim Məsimov aprelin 8-də İrəvanda Avrasiya İqtisadi Birliyi Hökumətlərarası Şuranın iclasında iştirak etməyəcəyini bildirib. TASS Qazaxıstan tərəfinin belə bir mövqe nümayiş etdirməsini əsaslandıra bilmədiyini qeyd etsə də, reallıq göz önündədir. Bu, daha çox Ermənistanın bu təşkilatda elə də böyük nüfuza sahib olmadığından xəbər verir. Son günlər Ermənistan işğalçı qüvvələrinin cəbhə xəttində atəşkəsi pozaraq müxtəlif təxribatlara imza atması, Azərbaycan mülki əhalini gülləbaran etməsi beynəlxalq ictimaiyyətin narazılığına səbəb olub.

Cəbhədəki təxribat nəticəsində Azərbaycan ordusu tərəfindən ağır zərbə alan Ermənistan indi də “müttəfiqlərinin” zərbəsi altında əzilməkdədir

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi digər üzv dövlətlərdən dəstək gözləsə də, böyük məğlubiyyət və məyusluq yaşadı. KTMT üzvləri təxribatçı, işğalçı, mülki əhalini, yaşayış məntəqələrini hədəf seçən Ermənistana dəstək vermədi. Belarus XİN-in rəsmi mövqeyi, Prezident Lukaşenkonun Azərbaycan dövlət başçısı ilə telefon əlaqəsi saxlaması İrəvana münasibətin göstərıcisi sayıla bilər-KTMT və Avrasiya İttifaqı daxilində Ermənıstana dövlət kimi hörmət edən yoxdur. İndi də Qazaxıstan mövqeyini ortaya qoyub. Rəsmi Astana Avrasiya İqtisadi Birliyinin dönəm sədri kimi hökumət başçılarının toplantısının İrəvanda keçirilməsindən imtina edib. Qaydalara əsasən toplantı yerini və gündəliyi dönəm sədri müəyyən edir. Cəbhədəki təxribat nəticəsində Azərbaycan ordusu tərəfindən ağır zərbə alan Ermənistan indi də “müttəfiqlərinin” zərbəsi altında əzilməkdədir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info