“Ermənilər hər zaman dinc əhalimizi hədəfə alıblar”
Tarix: 07.04.2016 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Ermənistanın növbəti təxribatlarına cavab olaraq Milli Ordumuzun zəfər çalması gənclərimizdə vətənpərvərlik ruhunu daha da yüksəldib. Xüsusən təmas xətti boyunca yerləşən rayonların gəncləri bu qələbəni böyük sevinclə qeyd edirlər. YAP Füzuli rayon təşkilatının Gənclər Birliyinin sədri Tural Nəbiyev öz sevincini bizimlə bölüşüb.
- Cəbhəyanı rayon olaraq gənclərin əhvali-ruhiyyəsi necədir?
-Cəbhə zonasında yaşayan gənclərimizin əhvali-ruhiyyəsi yüksək səviyyədədir. Ümumiyyətlə, mənim yaşadığım Füzuli rayonunda, Horadiz şəhərində bunu hər bir gəncin üzündən, sözündən, davranışından görmək olar. Son illər ərzində hərbi xidmətini başa vurub öz elinə-obasına dönən gənclərimiz yenidən ordu sıralarına, vətənimizin müdafiəsi üçün geriyə qayıdırlar. Ordu sıralarında xidmət etmək üçün müraciət edirlər. Son hadisələrdə cəbhə zonasında yaşayan gənclərimiz qələbə barədə düşünürlər və ordumuzun, əsgərlərimizin yanındadırlar. Biz özümüz də ehtiyatda olan əsgərlərik və müraciət etsək də, hələ ki, bizlərə ehtiyacın olmadığını söylədilər.
-Döyüşlərin gərgin vaxtlarında hər hansı narahatçılıq oldumu?
-Heç bir narahatçılıq yoxdur və olmayıb da. Biz hər zaman ordumuza, ordumuzun nəyə qadir olduğuna inanırdıq. Son hadisələr də ordumuzun gücünü bir daha göstərdi. Bizim güclü ordumuz, güclü müdafiə nazirimiz və ən əsası güclü dövlət başçımız, Ali Baş Komandanımız var. İnanırıq ki, tək Ermənistan yox, artıq ermənilərə dayaq olan, arxa olan dövlətlər də ordumuzun nəyə qadir olduğunu gördülər. Bu gün Horadiz şəhərində həyat öz axarı ilə davam edir. Biz hər zaman ordumuza güvənirik.
-Ermənilər tərəfindən sizin yaşadığınız ərazilərə atəş açılırdımı?
-Ermənilər hər zaman dinc əhalimizi hədəfə alıblar, qorxu, xaos yaratmaq istəyiblər. Ancaq əhalimiz buna hər zaman hazır olub. Heç bir zaman onların təxribatına uymayıb. Son hadisələrdə də mülki əhalimizi hədəf alan təxribat xarakterli həmlələri oldu. Ancaq ordumuzun cavab atəşi nəticəsində sükuta qərq oldular.
-Ordumuzun zəfəri gənclərə necə təsir edib?
-Bir neçə gün ərzində ordumuzun əldə etdiyi zəfərlər hər kəsə olduğu kimi, gənclərimizə də böyük sevinc və qürur bəxş edib. Hər kəsin üzündə sevinc hissi, qürur hissi var. İllərlə bu əhvali-ruhiyyənin həsrəti ilə yaşamışıq. Neçə illərdir imzalanan atəşkəs rejimi bizə bu hisləri yaşamağı qismət etdi. Ordumuz gücləndi, dövlətimiz gücləndi. Cəbhəyə gedən əsgərlərimizin vətən eşqini görüb də duyğulanmamaq mümkün deyil.
-Hər halda, gənclərdə vətənpərvərlik ruhu daha da yüksəlib.
- Uzun illər sözdə atəşkəs imzalamışıq. Erməni tərəfdarı olan dövlətlər üstündən illər keçdikcə hər şeyin unudulacağını zənn edirdilər. Ancaq dövlətimizin yürütdüyü siyasət nəticəsində hər bir insanımız Qarabağa-işğal altında olan torpaqlara qayıdacağı günün arzusu ilə yaşayır. Bu gün uğruna canlarını qurban verdikləri vətən övladları son 20-25 ilin gəncləridir. Bu gün gənclərimizin vətənpərvərlik ruhu çox yüksəkdir. Mən haşiyədən kənara çıxıb bir hadisəni diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, döyüşlərin qızğın getdiyi bir zamanda yorğunluqlarını almaq üçün geri qayıdan iki əsgərimizlə söhbət etmək imkanım oldu. Biz gənclər onların ətrafına yığışdıq. Üst-başları palçıqlı, yuxusuz, yorğun olmalarına baxmayaraq, bir an belə, bunu hiss etdirməməyə çalışırdılar. Döyüş yoldaşlarının şəhid olması ilə bağlı başsağlığı verdim. Üzümə baxıb dedi: “Vaxtımız çatanda biz də şəhid olacağıq, bunun üçün burdayıq” . Onun palçıqlı əlindən tutub öpdüm, “Sizinlə qürur duyuruq” dedim. Bax, budur vətənpərvərlik hissi, budur vətən sevgisi. İnşallah, hər şey dövlətimizin, millətimizin, ordumuzun xeyrinə olar. Amin.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
06.11.2018
“Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
06.11.2018
“Dil babalarımızdan qalmış dəyərli mirasımızdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info