Almaniyada 50 ildir istifadə edilən məscid bağlanıb
Tarix: 07.04.2016 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Berlin Texniki Universitetində təxminən 50 ildir istifadə edilən məscidin 14 martdan etibarən bağlanması və idman salonunda cümə namazı qılınmasına icazə verilməməsinin ardınca tələbələr cümə namazını universitetin bağçasında qılmaq məcburiyyətində qalıblar.
Müsəlman şagirdlər cümə namazını qılmaq üçün universitetin əsas binasının arxasında olan bağçada toplanırlar. Buradakı çəmənliyə sərdikləri karton, səccadə üzərində oturan və xütbəni dinləyən tələbələr daha sonra cümə namazı qılırlar. Universitetdəki 4 müsəlman dərnəyindən biri olan Yəmənli Tələbələr Dərnəyinin təmsilçisi Hashem Al-Kuhlani bildirib ki, müraciətlərə baxmayaraq, universitet rəhbərliyi qərarını dəyişdirməyib: “Biz buna alternativ olaraq bağçada namaz qılırıq. Bu vəziyyət dəyişənə qədər bağçada namaz qılmağa davam edəcəyik”. O, universitet rəhbərliyi ilə görüşməyə hər zaman hazır olduqlarını deyib. Keçən həftə tələbələrin namazı yağış altında bağçada qıldıqlarını deyən Al-Kuhlani qeyd edib ki, universitet rektoruna təkliflər təqdim ediblər. Müsəlman tələbələrin namazlarını heç kimi narahat etmədən və maneçilik yaratmadan universitetin müxtəlif yerlərində qıldıqlarını deyən Al-Kuhlani, hazırda universitetin semestr tətilində olduğunu, 2 həftə sonra yeni dövr başlayacağını və yüzlərlə tələbənin bağçada namaz qılacağını söyləyib. Berlin İslam Federasiyasının rəhbəri Mustafa Özdemir də Berlin Texniki Universitetindən əvvəl Şimali-Ren Vestfalya əyalətində yerləşən Essen və Dortmund universitetlərində də mədrəsələrin bağlanmasınna işarə edərək bu halların doğru olmadığını söyləyib. Özdəmir qeyd edib ki, Berlin Texniki Universitetinin rəhbərliyi konstitusiyadan irəli gələn prinsiplərə əsasən hər dinə qarşı bərabər məsafədə dayanmalıdır: “Almaniya dünyəvi bir ölkədir. Almaniya Konstitusiyasında müxtəlif din təmsilçilərinin ibadət azadlığı təsbit edilib”. Onun fikrincə, universitetin ətrafında məscid olmadığından tələbələr çətin vəziyyətlə üzləşib: "Berlin Texniki Universitetinin 50 illik bir ənənəni aradan qaldırmasını izah etmək çətindir. Almaniyada bir çox universitetin məscidləri bağlaması narahatlıq yaradan məqam kimi qəbul edilir”. Almaniya İslam Şurasının sədri Burhan Kəsici də ibadət yerlərinin bağlanılmasına yaxşı baxmadıqlarını ifadə edib. Kəsici hesab edir ki, universitet tələbələrin ibadət ehtiyacını təmin etməlidir.
Qeyd edək ki, Berlin Texniki Universiteti rəhbərliyinin 14 martdan etibarən məscidin bağlanması ilə bağlı qərarı narazılıq yaradıb. Universitetdəki 4 müsəlman dərnəyinin nümayəndələri bir həftə içində məscidin açılması üçün 600 imza toplayaraq rəhbərliyə təqdim etsə də, qərar dəyişməyib.

Miqrant sığınacaqlarına hücumların sayı artıb
Onu da qeyd edək ki, Almaniyada cari ilin ilk üç ayında qaçqınların sığınacaqlarına edilən hücumların sayı 268-ə çatıb. Bu il sığınacaqlara yönəlmiş hücumların sayının 2015-ci ildə olanları üstələyəcəyi təxmin edilir. Almaniyanın şərqində fəaliyyət göstərən MDR Radiosunun Federal Təhlükəsizlik Dairəsinin məlumatlarına əsaslanaraq yaydığı xəbərə görə, 2016-cı ilin ilk rübündə Almaniyada sığınacaq axtaran şəxslərin yaşadığı yerə hücumların sayı 268 olaraq təsbit edilib. 2015-ci ildə Almaniyada sığınacaq axtaran şəxslərin yurdlarına ümumilikdə 1029 hücum təşkil edilib. Keçən il Saksonyada sığınacaq axtaran şəxslərin yurdlarına 118, Saksoniya-Anhalt və Thüringen əyalətlərində isə 71 hücum təşkil edilib. Bu rəqəmin 2014-cü illə müqayisədə on qat artıq olduğu göstərilir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info