Qətərdən ölkəmizə gələn turistlərin sayı artacaq
Tarix: 07.04.2016 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Qətərin Doha şəhərində bir sıra görüşlər keçirib.
Nazirlikdən bildirilib ki, səfər çərçivəsində Ə.Qarayev “Qatar Airways” şirkəti sədrinin birinci müavini ilə görüşüb. Görüşdə 25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu üçün xüsusi aviareyslərin açılması ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, Azərbaycanın Qəbələ və Gəncə beynəlxalq hava limanlarından uçuşların həyata keçirilməsi, reyslərin təşkili və “Azərbaycan Hava Yolları” (AZAL) ilə birgə reyslərin təşkili imkanlarına baxılması qeyd olunub. Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem Al Əli ilə görüş zamanı tərəflər mədəniyyət və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də bu sahələrdə əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər. Görüşdə həmçinin, hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin təşkili, teatr, kino, rəsm, musiqi sahəsində tədbirlərin keçirilməsi, muzeylərdə sərgi açılması və digər məsələlər müzakirə olunub. Qətərin mədəniyyət naziri Dohada keçiriləcək Azərbaycan mədəniyyət həftəsi çərçivəsində Azərbaycan mətbəxinin təqdimatının keçirilməsini planlaşdırdıqlarını bildirib. Görüşdə 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları zamanı da birgə əməkdaşlıq məsələləri müzakirə edilib. Nazir Əbülfəs Qarayevin keçirdiyi növbəti görüş Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Ahmed bin Jassim bin Mohammed Al-Thani ilə olub. Görüşdə Azərbaycanda mövcud olan turizm infrastrukturu və potensialı haqqında söhbət açılıb, hər iki ölkədən gələn turistlərin sayının artması istiqamətində görülməli işlər müzakirə edilib. Bu sahədə infotur və press-turların keçirilməsi təklif olunub. Qısa zamanda tədbirlər planının hazırlanması üçün iki nazirlik arasında işçi qrupunun yaradılması və turizm axınının artırılması məqsədilə təkliflərin irəli sürülməsi vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info