Azərbaycan və İran arasında ticarət dövriyyəsi 30 faiz artıb
Tarix: 07.04.2016 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpuru qəbul edib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin mövcud vəziyyətindən və inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin ölkələr arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan Prezidentinin fevralın 23-də İrana səfəri, səfər çərçivəsində keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul verib. İqtisadi sahədə əlaqələrin inkişaf perspektivlərinin müzakirə edildiyi görüşdə Ş. Mustafayev Azərbaycan və İran arasında möhkəm hüquqi bazanın yaradıldığını, iqtisadiyyatın bir sıra sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyini, 2016-cı ilin ötən dövründə ticarət dövriyyəsinin həcminin 30% artdığını qeyd edib. Bildirilib ki, hazırda kənd təsərrüfatı, turizm, bankçılıq, nəqliyyat və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülür. Ölkələrimiz arasında əməkdaşlığın vacib istiqamətlərindən olan nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəhlizinin inkişaf etdirilməsi əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək. İ.Rəhimpur ölkəsinin Azərbaycanla əlaqələrinin yüksək səviyyədə olduğunu, İranın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info