İstanbulda XIX Avrasiya İqtisadi Zirvə toplantısı keçirilir
Tarix: 07.04.2016 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə dünən İstanbulda XIX Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb. Zirvə toplantısında Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.
Nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Natiq Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Milli Məclisin deputatı Nizami Cəfərov, ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri daxildir. Energetika naziri Natiq Əliyevin sədrliyi ilə keçirilən tədbirdə əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib. Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilib. Filmdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətlərinə dair kadrlar da yer alıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Prezident İlham Əliyevin toplantı iştirakçılarına təbrik məktubunu oxuyub. Təbrik məktubunda bildirilir ki, artıq Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi toplantılar regional əməkdaşlığın mühüm platformalarından birinə çevrilib. Qlobal iqtisadi böhranın davam etməsinə, bəzi ölkələrdə silahlı münaqişələrin və terror hadisələrinin artmasına baxmayaraq, sonuncu Sammitdən ötən dövr ərzində regionun inkişafı üçün müstəsna əhəmiyyətə malik olan irimiqyaslı layihələrin icrası davam etməkdədir. Ölkəmizdə həyata keçirilən iqtisadi layihələrin əhəmiyyətindən bəhs edilən məktubda, həmçinin təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə toxunulur. Qeyd olunur ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində indiyədək həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi region dövlətləri və xalqları arasında əməkdaşlığın genişlənməsinə ciddi maneə olaraq qalır. Xarici havadarlarının dəstəyinə arxalanan Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmək istəmir. Bildirilib ki, tədbirdə 40 ölkədən dövlət və hökumət rəhbərləri, nazirlər, digər rəsmi şəxslər, diplomatlar, deputatlar, həmçinin sabiq dövlət və hökumət başçıları, KİV və QHT nümayəndələri iştirak edirlər. İki gün davam edəcək Sammit çərçivəsində “İpək yolu iqtisadiyyatı”, “Energetika”, “Məcburi miqrasiya”, “Terrorizm” və digər mövzulara dair panellərdə müzakirələr aparılacaq. Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin məruzəsi dinlənilib. O, Zirvə toplantısının önəmindən, iştirakçıların inkişaf və tərəqqiyə, separatizmə və terrorçuluğa qarşı mübarizəyə böyük əhəmiyyət verməsindən danışıb. Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi təcavüzkar siyasəti beynəlxalq hüquqa və insanlığa qarşı dözülməz bir cinayət kimi dəyərləndirən Akkan Suver işğalçı qoşunların qanunsuz yerləşdiyi torpaqlardan çıxmaq tələbinin Azərbaycan dövlətinin haqqı olduğunu diqqətə çatdırıb. Sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, İstanbul Hazır Toxuculuq Mallarının İxracatı Birliyinin sədri Hikmət Tanrıverdi, Çin Xalqı Sülh və Silahsızlaşdırma Təşkilatının sədr müavini Yu Hongjun və başqaları çıxış ediblər. Onlar separatizm fəaliyyətlərinin və terror aktlarının iqtisadi inkişafa, xalqlararası əlaqələrə, insanların rifahına vurduğu zərərlərdən söhbət açıb, bu cür halların aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıblar. Zirvə toplantısı işini bu gün davam etdirəcək.
Rasim




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info