Azərbaycanla ABŞ arasında saziş imzalanıb
Tarix: 07.04.2016 | Saat: 01:34:00 | E-mail | Çapa göndər


Saziş iki ölkə arasında hava nəqliyyatının təşkilinin sadələşməsinə, kommersiya reyslərinin sayının artmasına kömək edəcək
Dünən Azərbaycan hökuməti və Amerika Birləşmiş Ştatları hökuməti arasında “Hava nəqlıyyatı haqqında” saziş imzalanıb.

İki ölkə arasında aviadaşımalar bazarının liberallaşdırılması üzrə "Açıq Səma Sazişi"ni ("Open Skies Agreement”) "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta imzalayıblar. Sənədin imzalanmasını Azərbaycan mülki aviasiyası tarixində önəmli hadisə adlandıran Cahangir Əsgərov bildirib ki, sözügedən saziş iki ölkənin aviaşirkətləri üçün bütün məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək, Azərbaycan Respublikasına və Amerika Birləşmiş Ştatlarına məxsus aviaşirkətlərin fəaliyyətinə müsbət təsir göstərəcək. “Azərbaycan Hava Yolları” tərəfindən Nyu-Yorka müntəzəm uçuşların 2014-cü il sentyabrın 23-dən həyata keçirildiyini xatırladan C.Əsgərov bildirib ki, bu uçuşlara başlamaq üçün mülki aviasiyamızın normativ-hüquqi bazası tam yenilənib və Azərbaycana Aviasiya təhlükəsizliyi üzrə “1-ci Kateqoriya” verilib. “Bunun nəticəsi olaraq biz bu gün “Açıq Səma” Sazişini imzaladıq”, - deyə Cahangir Əsgərov vurğulayıb. İmzalama mərasimində çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta sazişi ölkələr arasında əlaqələrin irəliləməsi üçün çox vacib sənəd adlandırıb: “Bu imzalanma Prezident İlham Əliyevin ABŞ-a çox uğurlu və məhsuldar səfərindən sonra baş verir. Saziş ölkələrimiz arasında əlaqələrdə irəliyə doğru atılmış çox vacib sənəddir. O, ABŞ-la Azərbaycan arasında bir körpü yaradacaq”. İkitərəfli saziş Birləşmiş Ştatlar və Azərbaycan arasında hava nəqliyyatının təşkili prosesinin sadələşdirilməsinə imkan verəcək, həmçinin kommersiya reyslərinin sayının artmasına kömək edəcək. "Açıq Səma Sazişi" aviaşirkətlərin marşrutlar üzrə kommersiya qərarlarına və qiymət müəyyənləşdirmə siyasətinə dövlət müdaxiləsini aradan qaldırmağı nəzərdə tutur. Bu da operatorlara sərnişin və yük daşımaları üzrə daha əlverişli və səmərəli xidmət göstərməyə imkan verir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info