FHN-in Akademiyasından orduya dəstək
Tarix: 07.04.2016 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin və mülki şəxslərin ruhunu yad etmək, eyni zamanda, ordumuza dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Biz Vətənimizin və Ali Baş Komandanımızın əsgəriyik” mövzusunda tədbir keçirilib.
Müəllim və kursantların iştirakı ilə keçirilən tədbir erməni qəsbkarlarının təxribatı zamanı həlak olmuş vətəndaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov şəhidlərimizin doğmalarına səbir diləyib və Ermənistan silahlı qüvvələrinin aprelin 1-dən 2-nə keçən gecə atəşkəs rejimini xəyanətkarcasına pozmasından danışıb. O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin təxribatına qüdrətli ordumuz tərəfindən tutarlı cavab verilib, düşmən layiqli cavabını alıb. Milli ordumuz vətəndaşların təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün qarşı tərəfin mövqelərinə zərbələr endirərək onu susdurub. Əsgərlərimiz düşmən tərəfindən işğal edilmiş ərazilərimizdə mövqelərimizə və sakinlərimizə təhlükə törədən strateji əhəmiyyətli məntəqələri tutub. Ali Baş Komandan, Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının toplantısını çağıraraq düşmənə layiqli cavabın verilməsi üçün lazımi əmrlər verib. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının və digər beynəlxalq təşkilatların atəşkəsin yenidən təmin edilməsi çağırışlarına cavab olaraq Azərbaycan hücumları birtərəfli qaydada dayandırıb. Lakin xəyanətkar düşmənin hər an atəşkəsi poza biləcəyini diqqətə çatdıran rəis hər bir vətəndaşın, xüsusilə hərbçilərin Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmrinə hazır olmasının vacibliyini bildirib.
Akademiya rəisinin müavini, polkovnik Afət Qurbanov, kursantlar adından Yusif Qurbanlı və Rəşad Babazadə çıxış edərək bütün ölkə vətəndaşları kimi, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini, tarixi torpaqlarımızı düşmən tapdağından azad etməyə hər an hazır olduqlarını bildiriblər.
Tədbir Akademiyanın şəxsi heyətinin Azərbaycan Respublikasının dövlət himnini oxuması ilə başa çatıb.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info