NDU-da fakültələrarası çempionata start verilib
Tarix: 07.04.2016 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində (NDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq müxtəlif idman növləri üzrə fakültələrarası çempionata start verilib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, çempionatda universitetin 11 fakültəsinin tələbələri iştirak edib.
Açılış mərasimində iştirak edən ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov çıxışında ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, idmanın da inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd edib ki, bədən tərbiyəsi və idman dövlət qayğısı ilə əhatə olunub, gənclərimizin marağını cəlb edən bir sahəyə çevrilib.
Fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti, Tələbə İdman Klubunun sədri Məmmədəli Rəhimov çıxışında fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsinin zərurətindən danışıb. Bildirib ki, idman xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir və belə yarışlar güclü idmançıların formalaşmasında mühüm rol oynayır.
Yarışın baş hakimi, fiziki tərbiyə və idman oyunları kafedrasının baş müəllimi Elza Musayeva idmançılara uğurlar diləyib.
Sonra yarışlara start verilib.
İlk yarışlar stolüstü tennis idman növü üzrə keçirilib. Yarışlar iki kateqoriyada – komandalararası və şəxsi birincilik uğrunda mübarizələrlə yadda qalıb. Komandalararası yarışlarda I yerə universitetin pedaqoji fakültəsi, II yerə tibb fakültəsi, III yerə isə beynəlxalq münasibətlər və xarici dillər fakültəsi layiq görülüb.
Oğlanlar arasında şəxsi birincilik uğrunda keçirilən yarışlarda I yerə ali məktəbin pedaqoji fakültəsinin tələbəsi Cəfər Seyidzadə, II yerə tarix-filologiya fakültəsinin tələbəsi Məhəmməd Əliyev, III yerə isə pedaqoji fakültənin tələbəsi Həsənalı Cəfərov layiq görülüb.
Qızlar arasında şəxsi birincilik uğrunda yarışlarda isə I yerin sahibi pedaqoji fakültənin tələbəsi Səriyyə Quliyeva, II yerin sahibi beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbəsi Aydan Əliyeva, III yerin sahibi tibb fakültəsinin tələbəsi, Türkiyə vətəndaşı Ayşe Ardan olub.
Qeyd edək ki, çempionat çərçivəsində yarışların may ayının ortalarına qədər mini futbol, futbol, şahmat idman növləri üzrə davam etdirilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info