Romada ermənilərin mülki şəxsləri atəşə tutmasına qarşı etiraz
Tarix: 06.04.2016 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Bu gün İtaliyanın paytaxtı Roma şəhərində İtaliya Parlamentinin önündə Azərbaycan-İtaliya Gənclər Assosiasiyası tərəfindən son günlərdə təmas xəttində baş verən hadisələrlə bağlı aksiya təşkil olunub. Təşkilatdan verilən məlumata görə, aksiyaya qatılan təşkilatın üzvləri erməni ordusunun cəbhə yanı bölgələrdə dinc sakinləri atəşə tutması ilə bağlı öz etirazlarını bildiriblər. Erməni ordusunun bilərəkdən bütün müharibə qanunlarını pozması, yalnız kəndlərimiz atəşə tutmaqla kütləvi qırğınlara yaratmaq istəyi kəskin pislənilib. Çağırışlarda erməni ordusunun Dağlıq Qarabağı tərk etməsi Dağlıq Qarabağ ərazisinin tamamilə Azərbaycana qaytarılmasını tələb ediblər. Aksiyada iştirak edənlər erməni yalanlarının sonladırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı şüarlar səsləndiriblər. Təşkilatın rəhbəri Fərid Abbasov bildirib ki, Aprel ayının 7-nə Ermənistan səfirliyinin önündə planlaşdırılan aksiyaya erməni səfirliyi aksiyanın baş tutmaması üçün İtaliya Xarici İşlər Nazirliyinə təzyiqlərinə baxmayaraq sabahda səfirlik önündə aksiya keçiriləcək. Romalıların diqqətini çəkən bu aksiyanın sonunda şəhid olan igidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info