Əcnəbi jurnalistlərin cəbhə bölgəsinə səfəri başa çatıb
Tarix: 07.04.2016 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə xarici media nümayəndələrinin cəbhə bölgəsinə səfəri başa çatıb.
Media nümayəndələrinin görüşləri gecə saatlarınadək davam edib.
Xarici media nümayəndələri cəbhə kəndlərində olub. Füzulidən başlayan səfər Ağdam və Tərtər rayonlarında davam etdirilib. Ağdam rayon İcra Hakimiyyətində keçirilən görüşdən sonra qonaqlar Əhmədağalı kəndinə gediblər. Jurnalistlər kəndə düşən mərmi nəticəsində həyatını itirən Dadaşov Qaraş Şahmar oğlunun ailəsinə baş çəkiblər.
Daha sonra mərmi düşməsi nəticəsində evi dağılan Qurbanova Familə Hüseynxan qızının evinə baxış keçirilib.
Media nümayəndələri ermənilərin atdığı mərmi nəticəsində dağılan 271 şagirdin təhsil aldığı, 30-dək müəllimin işlədiyi  təhsil müəssisəsində də olublar.
Tərtər rayonunda jurnalistləri rayon İcra Hakimiyyətinin başçısı qarşılayıb. Jurnalistlər ermənilərin aprelin 5-də ağır artilleriyadan açdığı atəş nəticəsində həyatını itirmiş 15 yaşlı Həsənova Turanə Kamandar qızının ailəsinə baş çəkib. Turanə Həsənovanın anası Laləzar Həsənova baş verənlər barədə jurnalistlərə açıqlama verib. L. Həsənova yaşadıqları evin ətrafına 4-5 top mərmisi düşdüyünü, onlardan birinin partlaması nəticəsində qızının həyatını itirdiyini deyib.
 
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə cəbhə bölgəsində olan qrupa “Al Jazeera International”, “Reuters” “Associated Press” “France-Presse”, Rusiyadan “Kommersant”,  “Komsomolskaya pravda”, “Novaya vremya”, Türkiyədən “Anadolu” agentliyi,  TRT, İran və Çindən olan jurnalistlər və bir sıra başqa ölkələrin media orqanlarının nümayəndələri daxil olub.
 
XİN-dən bildirilib ki, qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar və Ermənistanın törətdiyi təxribatlar nəticəsində mülki insanlara və obyektlərə dəymiş zərərləri beynəlxalq ictimaiyyətin diqqətinə daha obyektiv çatdırmaq məqsədilə XİN və əlaqədar qurumların təşkilatçılığı ilə qərara alınıb ki, Azərbaycanda akkreditasiya olunmuş və xaricdən Azərbaycana gəlmiş xarici kütləvi informasiya vasitələri nümayəndələrinin qoşunların təmas xəttinə səfərləri təşkil olunsun. Səfər Ağdərə, Tərtər və Ağdamistiqamətlərini əhatə edib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info