Gənclərdən təqdirəlayiq addım-25 dildə təbliğatlar aparılır
Tarix: 07.04.2016 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Könüllülərinin İnformasiya Qərargahı son günlər döyüş bölgəsində ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlara öz dəstəklərini göstəriblər. Bununla bağlı yayılan bəyanatda dyeulir: “Biz Azərbaycan Könüllülərinin İnformasiya Qərargahı olaraq ölkəmiz haqqında son günlər torpaqlarımızda gedən döyüşlər zamanı xarici mediada yayılan obyektiv informasiyaların yetərsiz olduğunu düşünürük və informasiya müharibəsində dövlətimizə yararlı ola biləcək dəstəyimizi göstəririk. Bildiyiniz kimi döyüş əməliyyatları zamanı ölkəmiz dünyada diqqət mərkəzində oldu və qarşı tərəf bizim haqda xeyli sayda dezinformasiyalar yaymağa cəhd etdi. Reallıqların təbliği üçün isə bir neçə dili bilən könüllü gənclərə ehtiyac yarandı. Bunun üçün könüllü gənclərlə bir araya gəldik. Bununla bağlı ideya Fuad Hacıyevin “Facebook” sosial şəbəkəsi üzərindən dostlarına səslənməsindən sonra daha gərəkli olduğu bilindi. 100 dən çox tərcüməçi könüllü olaraq bizə yardımçı olmaq istədiyini dedi. Öncələr maksimum 5 dilə tərcümələri nəzərə alsaq da hazırda 25 dən çox dildə bizə köməklik edə biləcək könüllü var. Qərargahda daimi yardımçı olan işçilər arasında Faiq Əliyev, Rüfət Abdullayev, Günay Məhərrəmli və Fuad Hacıyev kimi aktiv gənclər var. Könüllülərin böyük əksəriyyəti emaillər və sosial şəbəkə üzərindən yardımçı olub tərcümələri edirlər. Bizim bu an üçün ən çox ehtiyacımız olan məsələ xarici media ilə yaxşı əlaqəsi olan dostlardır. Atəşkəs elan olunsa da informasiya müharibəsi davam edir. Bu müharibədə hər kəs yararlı ola bilər. Biz könüllü gənclər də informasiya müharibəsində öz təhfəmizi verməyə davam edəcəyik.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info