Nazir: “Təhsil sistemində plagiatın qarşısının alınması hər birimizin qarşısında duran vəzifədir”
Tarix: 07.04.2016 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


“Əgər plagiata yol verilirsə, vicdanlı alim və vicdansız alim eyniləşdirilirsə,  bunun məntiqi nəticələri hər kəs üçün aydındır. Təhsil sistemində plagiatın  qarşısının alınması hər birimizin qarşısında duran məqsəd və vəzifədir”.  Bunu  Müəllif Hüquqları Agentliyinin (MHA) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda keçirilən dəyirmi masada təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, bu istiqamətdə beynəlxalq təcrübə araşdırılıb: “Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu istiqamətdə hazırda Azərbaycanda işlər həyata keçirilir. İlk növbədə məhz Müəllif Hüquqları Agentliyi tərəfindən hüquqi çərçivə həyata keçirilib. Biz təhsil sistemində fəaliyyət göstərən rəhbərlər, alimlər dövlətdən aidiyyatı orqanlardan bu işin həyata keçirilməsini tələb etməliyik. Əgər plagiat halı varsa, deməli, onu təhsil alan və yaxud təhsil verən  şəxs edir. Bu sirr deyil. Plagiatın olduğu çox yaxşı başa düşülür. Bu sahədə təhsil sisteminin üzərinə maarifləndirmə işinin qurulmasını təmin etmək düşür. Əks halda bu, elmi fəaliyyətin məhdudlaşdırılmasına gətirib çıxara bilər”. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info