İqtisadiyyat Nazirliyində QHT nümayəndələri ilə görüş
Tarix: 07.04.2016 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırığa uyğun olaraq, aprelin 6-da Bakı Biznes Mərkəzində QHT rəhbərləri ilə görüş keçirilib. Görüşdə 20-dək iqtisadi sahədə fəaliyyət göstərən ictimai birlik rəhbəri iştirak edib. İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov və Sahib Məmmədov Nazirliyin fəaliyyət istiqamətləri, görülən işlər və icra olunan layihələr, sahibkarlığın dəstəklənməsi tədbirləri, iqtisadi fəallığın artırılması, yerli və xarici investisiyaların təşviqi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat vermiş, İqtisadiyyat Nazirliyinin vətəndaş cəmiyyəti institutları ilə fəal əməkdaşlıq etdiyini, ictimai nəzarətin təşkilində QHT-lərin rolunun artırılmasının vacibliyini vurğulayıblar.
Qarşılıqlı dialoq formatında keçirilmiş tədbirdə “İctimai iştirakçılıq haqqında” qanundan irəli gələn vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb, Nazirlikdə və onun strukturuna daxil olan qurumlarında vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirildiyi qeyd edilib.
Görüşdə “İqtisadi inkişaf” Ekspert Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə yaradıldığı bildirilib və Şuranın təkliflər hazırladığı istiqamətlər barədə məlumat verilib.
Görüşdə “İqtisadi inkişaf” Ekspert Şurasının üzvləri iqtisadi fəallığın artırılması, sahibkarlığın və biznes mühitinin inkişafı, istehlakçı hüquqlarının qorunması, ticarət qaydalarının təkmilləşdirilməsi, istehlak kreditləri, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, maarifləndirmə tədbirlərində ictimai birliklərin iştirakı və s. istiqamətlərdə təkliflər səsləndirmiş, müzakirələr aparılıb.
Müzakirələrdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi, vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafında, ictimai nəzarətin təşkilində QHT-lərin rolunun artırılmasının əhəmiyyəti vurğulanıb.
Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri çıxış edərək bu cür görüşün ilk dəfə keçirildiyini, belə tədbirlərin ictimai təşkilatlarla dövlət orqanları arasında əlaqələrin inkişafında rolunu diqqətə çatdırıblar. Tədbirdə ictimai birlik rəhbərlərinin sualları cavablandırılıb, səsləndirilən bir sıra təkliflərin daha ətraflı araşdırılması üçün görüşlərin davamlı olaraq keçirilməsi qərara alınıb.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21.05.2019
Şəhid Adil Tatarovun il mərasimi keçirilib
21.05.2019
Sumqayıt hadisələri ilə bağlı sənədli film çəkən Davud İmanov kim olub?
21.05.2019
Daxili işlər naziri Qəbələ və Bakıda sıra baxışı keçirib: 361 nəfər xidmətə qəbul olunub
21.05.2019
Prezidentin satıcı ilə söhbəti - Video

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info