“Bu dəfə Ermənistan baş verənlərdən nəticə çıxaracaq”
Tarix: 07.04.2016 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


İtaliyadakı səfirimiz cəbhə bölgəsindəki son vəziyyətlə bağlı İtaliyanın “AGİ” xəbər agentliyinə müsahibə vermişdir
Müsahibəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni tərəfinin təxribatları nəticəsində baş vermiş gərginliyə diqqəti çəkən səfir M.Əhmədzadə, eyni zamanda Ermənistanın hərbi təcavüzü barədə məlumat vermiş, bunun nəticəsində Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon olmaqla Azərbaycanın 20% ərazisinin işğal altında olduğunu, Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə mülki azərbaycanlı əhaliyə qarşı qətliam törətdiyini və bir milyon azərbaycanlını öz torpaqlarından qovaraq etnik təmizləmə həyata keçiridiyini demişdir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasını tələb edən BMT TŞ-nin 4 qətnaməsinə, BMT Baş Assambleyası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun müvafiq sənədlərinə, habelə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin status-kvonun qəbuledilməz olduğu və onun dəyişməsinin vacibliyi kimi bəyanatlarına Ermənistan tərəfindən məhəl qoyulmadığını vurğulamışdır.
Səfir qeyd etmişdir ki, Ermənistan beynəlxalq ictimaiyyətin çağırışlarına əməl etmək əvəzinə münaqişənin sülh yolu ilə həllinə mane olmaq üçün müxtəlif təxribatlara əl atır. Münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı sülhü təmin etmək üçün beynəlxalq ictimaiyyət Ermənistandan ilk növbədə Azərbaycanın işğal olunmuş bütün ərazilərindən silahlı qüvvələrini çıxartmasını qəti şəkildə tələb etməlidir. Məsələ ilə bağlı Azərbaycan diplomatı Ermənistanı Azərbaycana qarşı davam etdirdiyi təcavüzünə görə sərt şəkildə qınaması və ondan BMT Təhlükəsizlik Şurası qətnamələrinin yerinə yetirilməsini tələb etməsi üçün İtaliya tərəfinə çağırış etmişdir.“Ümid edək ki, nəhayət bu dəfə Ermənistan baş verənlərdən nəticə çıxaracaq, danışıqlarda konstruktiv mövqe nümayiş etdirəcək və silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxaracaqdır”, deyən M.Əhmədzadə əlavə etmişdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Kabildə toy mərasimində partlayış
17.08.2019
İzmirdә 106 qeyri-qanuni miqrant saxlanılıb
17.08.2019
İndoneziya prezidenti ölkənin paytaxtını dəyişmək istəyir
17.08.2019
Myanmada torpaq sürüşmәsi nәticәsindә hәlak olanların sayı 69 nәfәrә çatıb
17.08.2019
Çin tarixdə ilk dəfə olaraq kosmosa 3 peyk göndərib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info