Ermənistan ordusunda vahid komandanlıq yoxdur
Tarix: 07.04.2016 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirdi ki, atəşkəsin razılaşdırılmasına baxmayaraq Ermənistandan “könüllülülər” Dağlıq Qarabağa getməkdə davam edirlər.
Hal-hazırda “Yerkrap”ın başçısı, general-mayor Manvel Qriqoryan keçmiş döyüşçülərdən ibarət böyük dəstə ilə Dağlıq Qarabağdadır. ASALA da özünün artıq Dağlıq Qarabağda olduğunu artıq bildirib və bütün dünya ermənilərinə Dağlıq Qarabağa gəlməkdən ötrü müraciət edib.
ER müdafiə nazirliyinin mətbuat xidmətinin dediyindən ən azı aydın görünür ki, artıq “Yerkrap” və vaxtı ilə Dağlıq Qarabağda döyüşmüş digər döyüşçülər Müdafiə Nazirliyinin əmrinə tabe olmurlar. Müdafiə naziri müavinini Moskvaya göndərir, atəşkəs müqaviləsi imzalatdırır, bu tərəfdən də keçmiş döyüşçüləri Qarabağa göndərir. Yəni, bu belə paradoksal vəziyyət elə Ohanyanın özü üçün də problem yaradacaqdır.
“Yerkrap”ın başçısı Manvel Qriqoryan Dağlıq Qarabağın “azad olunmasında” özünü R.Köçəryan və S.Sərkisyandan daha haqlı bilir. M.Qriqoryan 2008-ci ilin 1 mart hadisələri zamanı müxalifətə keçmiş generaldır. Onun siyasi müxalifətçilik, həbsxana təcrübəsi var.
Həbsxanadan qayıtdıqdan sonra yenidən prezident S.Sərkisyanı özü ilə hesablaşmağa məcbur etdi; “Yerkrap”ı özünə qaytardı. İki dəfə deputat seçilib. Hərbi əməliyyatlar ermənilər üçün uğurlu istiqamətə çevrilməzsə M.Qriqoryan Dağlıq Qarabağda indiki de-fakto hakimiyyəti dəyişməyə cəhd edəcək. Sonra “Qarabağdakı məğlubiyyətlərin günahı Yerevandadır” şüarı ilə Dağlıq Qarabağdan hərbiçilərin böyük bir qismini götürüb Yerevana hakimiyyəti dəyişməyə gedəcək.
Bunu M.Qriqoryan etməyəcəksə başqa erməni edəcək. Dağlıq Qarabağ müharibəsinin keçmiş iştirakçıları S.Sərkisyan hakimiyyətindən xeyli narazıdırlar. Onlar ağır sosial vəziyyətlərini siyasi müstəviyə keçiriblər.
Həm Dağlıq Qarabağ müharibəsi regionunda, həm də Ermənistanın daxilində yaxın vaxtlarda yeni vəziyyət yarana bilər.

Mübariz Əhmədoğlu

Siyasi innovasiyalar və texnologiyalar mərkəzinin rəhbəri




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
16.11.2018
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
16.11.2018
“Gənclər və gənclər təşkilatları Azərbaycanın maraqlarının xaricdə müdafiəsində daha yüksək fəallıq göstərirlər”
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info