Naxçıvanda turizmin perspektivləri
Tarix: 07.04.2016 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı və perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov ölkədə turizmin yaranma və inkişafı tarixindən, bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb.
Qeyd olunub ki, hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən biridir və bu sahənin inkişafı XX əsrin ikinci yarısından başlayaraq geniş vüsət alıb. Müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirib və ölkəmizdə turizm münasibətlərinin inkişafı istiqamətində də təqdirəlayiq işlər görülüb. Vurğulanıb ki, Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının tarixi mədəniyyət abidələrinin, gəzməli-görməli yerlərinin reklam-təbliğat yolu ilə xarici turistlərə tanıdılması xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə Turizm ixtisası üzrə təhsil alan tələbələrin üzərinə mühüm vəzifələr düşür.
Sonra Bələdiyyə və turizm kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Günay Vəliyevanın videoslaydla mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzəçi ilk öncə turist və turizm anlayışları haqqında qısa məlumat verib, həmçinin ümumilikdə turizmin mahiyyəti və Azərbaycan Respublikasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında turizmin potensial imkanlarından danışıb.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev ölkəmizdə turizmin inkişafına xüsusi önəm verirdi. 1999-cu ildə ulu öndərin müvafiq Fərmanı əsasında qəbul edilmiş “Turizm haqqında” Qanun və 2002-ci ildə həyata vəsiqə almış “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı” sonrakı dövrlərdə ölkəmizdə turizm sektorunun inkişafına təkan verdi. 2002-ci ildən etibarən isə hər il paytaxtımızda Azərbaycan Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin ənənə halını alması dövlətin ölkəmizdə turizm sənayesinin inkişafına verdiyi əhəmiyyətinin bariz nümunəsidir. 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi ölkəmizdə turizmin inkişafında mühüm nəticələr əldə olunmasına, əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili sabitliyi, gözəl təbiəti olan ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərinin birinə çevrilməsinə münbit şərait yaradıb.
Məruzədə həmçinin Azərbaycanın ən qədim yurd yerlərindən biri, bəşər sivilizasiyasının ilkin məskənlərindən sayılan Naxçıvanın da böyük turizm potensialına malik olduğu vurğulanıb. Belə ki, Naxçıvanın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün son dərəcə əlverişli stimul yaradır. Burada qədim dövrlərin yadigarı olan təbiət və tarixi abidələr qədim tikililər, qalalar, yaşayış yerləri və nekropollar, həmçinin 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu Naxçıvan torpağının analoqu olmayan turizm potensialıdır.
Bələdiyyə və turizm kafedrasının müdiri, dosent Hafiz Hüseynov mövzu ilə bağlı fikirlərini bölüşüb.
Dəirmi masa tələbə və müəllimlərin mövzu ətrafındakı müzakirələri ilə davam etdirilib.

Nərmin Cabbarova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info