“Azəravtoyol” Dünya Bankı ilə saziş imzaladı
Tarix: 07.04.2016 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ilə Dünya Bankı arasında "Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi ilə bağlı görüş keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki, görüşdə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Dünya Bankın Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko, Nazirlər Kabinetinin nümayəndələri, həmçinin Cəmiyyətin və bankın məsul şəxsləri iştirak ediblər. Sazışi “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və Dünya Bankın Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko imzalayıblar.
Qeyd edək ki, kredit sazişi çərçivəsində 140.0 mln. ABŞ dolları həcmində kredit vəsaitin ayrılması nəzərdə tutulub. Kredit sazişində Azərbaycan hökumətinin payı 43,5 mln. ABŞ dollarıdır. Kredit məbləğinin 3 komponentin maliyyələşdirilməsinə yönəldirilməsi nəzərdə tutulub. Bu magistral yolların istismarı islahatlarının dəstəklənməsi, layihənin idarə edilməsi və institusional dəstək, həmçinin magistral yolların tikintisi komponentləridir. Magistral yolların tikintisi komponentinə Bakı-Şamaxı avtomobil yolunun 15-45 və 45-91-ci km-lik hissələrinin Ib texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağındam 4 hərəkət zolağına uyğun yenidən qurulması layihəsinin tamamlanması, həmçinin 13,3-15 və 91-107 km-lik hissələrinin Ibtexniki dərəcəyə uyğun olaraq yenidənqurulması layihələri daxildir. Kredit sazişi çərçivəsində Bakı-Şamaxı avtomobil yolunun 13,3-15 və 91-107-ci km-likhissələrinin də genişləndirilməsi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
15.11.2018
Dünya azərbaycanlılarının vahid mərkəzdən milli maraqlarımıza xidmət göstərməsi bəzi qüvvələrə sərf etmir
15.11.2018
Əli Əhmədov: “Bundan sonra da kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq“
15.11.2018
“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info