Aclıqdan sonra yemək yedikdə halsızlıq “gizli şəkər” xəstəliyindən xəbər verir
Tarix: 07.04.2016 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar Azərbaycan Diabet Cəmiyyəti tərəfindən tədbir keçirilib. Tədbirdə Azərbaycan Diabet Cəmiyyətinin sədri Mömünat Ömərova bu tarixi gün barədə məlumat verib. Bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir. Dünyanın bir çox ölkələrində diabet ölüm səbəbinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Dünyada şəkərli diabetə düçar olmuş insanların sayı 400 milyona yaxındır. Xəstəliyin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır.
M. Ömərova diqqətə çatdırıb ki, respublikamızda şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi işlər görülür. Belə ki, bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemləri pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı problem yoxdur. Həmçinin şəkərli diabetdən ölüm hallarının sayı azalıb.
Azərbaycan Endokrinologiya Elmi Cəmiyyətinin sədri, professor Valeh Mirzəzadə qeyd edib ki, diabetli xəstələrdə bağırsaq, sidik kisəsi, qadınlarda süd vəzi xərçənginin 20-30 faiz arasında risk artımı müəyyənləşib.
V.Mirzəzadə onu da əlavə etdi ki, daha gec yaşlarda diabet aşkarlanan xəstələrə ilk 5 il ərzində onkoloji rutin testlərin aparılması vacib sayılır. İnsulin rezistentliyi olan insanlarda yeməkdən sonra və hətta yemək vaxtı halsızlıq, yuxusuzluq halı baş verir. Əsasən də, uzun müddətli aclıqdan sonra yemək yedikdə halsızlıq, yuxusuzluq baş verirsə, bu “gizli şəkər” (prediabet) xəstəliyindən xəbər verə bilər.
Qeyd edək ki, hazırda Azərbaycanda 210 min nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır, onlardan 1234 nəfər uşaq və yeniyetmədi.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info