Gənclər arasında aparılan ideoloji işin müsbət nəticəsi
Tarix: 08.04.2016 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Son günlər erməni təxribatı nəticəsində cəbhədə baş verənlər, ordumuzun əldə etdiyi uğurlar ölkə ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanır. Xüsusən, gənclərimiz bu hadisələrə müsbət reaksiya verərək vətənpərvərlik nümunəsi göstərirlər. Döyüşlərdən sonra respublika ərazisində gənclərimizin dəstək yürüşləri keçirməsini dövlətin gənclər siyasətinin nəticəsi kimi qiymətləndirmək olar. Bu bir daha göstərdi ki, dövlət tərəfindən gənclər siyasəti düzgün şəkildə aparılıb. İllərdir aparılan ideoloji iş gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynayıb. Hər bir gənc dövlətçilik ideologiyasına əsaslanaraq Ali Baş Komandanın çıxışlarından ruhlanıb. Nəzəri olaraq gənclər üçün keçirilən vətənpərvərlik tədbirləri bu gün praktiki nəticəsini verdi. Hazırda Azərbaycan vətəndaşı özünü məğlub ölkənin vətəndaşı hesab etmir, əksinə, onda qalibiyyət əhvali-ruhiyyəsi formalaşıb. Həm ölkə daxilində, həm də xarici aləmdə qəti əminlik yaranıb ki, Azərbaycan Ordusu istənilən vaxt onun qarşısına qoyulan vəzifələri tam yerinə yetirmək və torpaqları azad etmək iqtidarındadır.

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov qəzetimizə bildirdi ki, son hadisələr Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün Azərbaycan xalqının ayaqda olduğunu göstərdi: “Bu hadisələrdə Azərbaycan gəncinin ön cəbhədə torpaqlarımızı düşməndən canı bahasına azad etməsi üçün şəhidlik zirvəsinə ucalması, heç şübhəsiz ki, arxa cəbhədə olan gəncləri daha da ruhlandırdı. Azərbaycanın və ya dünyanın harasında yaşamasından və anadan olmasından asılı olmayaraq Azərbaycan gənci eyni düşüncənin və eyni məqsədin daşıyıcısıdır”.
Çingiz Bayramovun fikrincə, illərlə Azərbaycan dövlətinin və onun rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsi olaraq bu gün gəncliyimiz ön cəbhədə olan qardaşlarının yanında olmağı özünün ən böyük borcu hesab etdi: “Bugünlərdə Azərbaycanın bütün şəhərlərində, o cümlədən Bakı şəhərində gənclərin Qarabağın işğaldan azad olunması üçün yürüş və toplantıların keçirilməsi dövlətin hərbi vətənpərvərlik ruhunda yeniyetmə və gənclərə yaratdığı diqqətin nəticəsidir. Sevindirici haldır ki, Azərbaycan universitetlərində və xarici ölkələrdə təhsil alan tələbələrimiz səngərdə terrorçularla üz-üzə olan qardaşlarına dəstək olmaq üçün Azərbaycan Ordusuna müraciətlər edərək terrorçuları torpaqlarımızdan təmizləmək üçün hazır olduqlarını bildirirdilər”.

“İdeoloji xətt özünü doğruldur”

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilovun sözlərinə görə xalq öz ordusuna və Ali Baş Komandanına inanır: “Son günlər cəbhədə baş verən erməni təxribatının cavabı olaraq Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində düşmənə sarsıdıcı zərbələri və işğal olunmuş ərazilərimizin bir hissəsinin azad olunması xalqımızda ruh yüksəkliyini qaldırdı. Xalqımız Prezidentimizin siyasəti və əməyi sayəsində yaradılan ordumuza və onun gücünə bir daha əmin oldu və inandı. Artıq bu inamı heç nə sarsıda bilməz. Təbii ki, cəmiyyətin avanqard təbəqəsi olan gənclərimizin həm döyüşlərdə, həm də arxa cəbhədə göstərdikləri şücaət və orduya mənəvi dəstək alqışlanmalıdır. Bu bir daha sübut etdi ki, aparılan siyasət, qoyulmuş ideoloji dövlətçilik xətti düzdür və özünü doğruldur. Bu ideoloji xəttin də tərkib hissəsi gənclər siyasəti idi. Bu siyasət ümummilli lider Heydər Əliyev tərəfindən dövlət quruculuğunun ilk illərindən qoyuldu. Prezident İlham Əliyev tərəfindən isə daim diqqət və qayğıda saxlanıldı. Nəticə isə göz qabağındadır Azərbaycan gənci elm, idman, mədəniyyət və s. sahələrdə olduğu kimi, orduda da öz sözünü dedi və vətənpərvərliyini, dövlətçiliyə sədaqətini ortaya qoyaraq sübut etdi ki, dövlətçiliyimizin inkişafı üçün qoyulmuş ideoloji xətt özünü doğruldub”. Anar Xəlilov bildirdi ki,ordumuza dəstək üçün gənclərimizin keçirdikləri dəstək yürüşləri və könüllü olaraq kütləvi cəbhəyə can atmaları onların vətənpərvərlik tərbiyəsinin yüksək olmasını sübut etdi: “Bu isə aparılan gənclər siyasətinin tərkib hissəsi idi. Məhz bu, bizə əminliklə deməyə əsas verir ki, aparılan gənclər siyasəti özünü doğruldub.Nəticə isə göz qabağındadır. Mən Ali Baş Komandanımıza, Azərbaycan gəncliyinə inanıram və əminəm ki, torpaqlarımızı tezliklə azad edəcəyik”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info