“The Guardian”: “Hollandlar Ukrayna ilə sazişin əleyhinə səs verdilər”
Tarix: 08.04.2016 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Poroşenko: “Holland referendumu təşkilatçılarının əsas məqsədi Avropanın vahidliyinə və Avropa dəyərlərinin yayılmasına qarşı hücumdur”

Qeyd edilir ki, onlar bu barədə öz hökumətlərinə və Avropa Birliyinə məzəmmətlərini ifadə ediblər: “Niderland baş naziri Mark Rutte hökuməti tərəfindən imzalanmış və digər AB dövlətləri, eyni zamanda Ukrayna tərəfindən bəyənilmiş bu saziş yanvarda müvəqqəti də olsa, effekt göstərməyə başladı. Amma ötən çərşənbə günü Niderland referendum səsvericilərinin 64 faizi bu sazişi rədd edib, buna müsbət yanaşan yalnız 32 faiz səs olub ki, bu da sazişin qüvvədə qalması üçün güclə yetərli sayılır. Seçicilər deyiblər ki, onlar təkcə sazişə qarşı müqavimət göstərməyiblər, həm də miqrant böhranından tutmuş, iqtisadiyyata qədər sıralanan daha geniş Avropa siyasət “istehsalına” qarşı çıxıblar. Referendum zəruri olmasa da, Rutte etiraf edib ki, müqaviləni onun hazırkı formasında ratifikasiya etmək, onun populyar olmayan hökuməti üçün siyasi baxımdan qeyri-mümkün olub.
Hər halda, hazırda Niderland Avropa Birliyinə rotasiya qaydasında sədrlik etdiyi təqdirdə, onun zamana ehtiyacı olacaq ki, müqaviləni dəyişdirib, bütün partiyaları razı sala biləcək hala gətirməyi bacarsın. Rutte deyib ki, onun hökuməti parlament və avropalı həmkarlarla bu barədə addımbaaddım məsləhətləşəcək: “Bu, günlərlə və ya həftələrlə başa gələcək”.

“Biz Avropanı daha demokratik və şəffaf etməyə ehtiyac duyuruq. Brüsseldə həddindən artıq gizli siyasət həyata keçirilir”

Rusiya baş naziri Dmitri Medvedev isə bildirib ki, səsvermənin nəticəsi Ukrayna siyasi sisteminə Avropanın münasibətinin göstəricisidir. Müqaviləyə olacaq hər hansı dəyişikliklər Niderland parlamentinin hər iki mərhələsindən, o cümlədən Ruttenin kövrək koalisiyasının çoxluğa malik olmadığı Senatdan da keçmiş olacaq. Bəzi siyasi şərhçilər belə proqnoz veriblər ki, bu koalisiya çökməkdədir.
Hər halda, müqavilə ilə bağlı kompromis olarsa, bu, digər Avropa ölkələrində, o cümlədən Avropa Komissiyası və Ukrayna hökumətində də bəyəniləcək.
Ruttenin əsas siyasi rəqibi antiavropa Birliyi və antiislam siyasətçi Geert Vilders isə Avropa miqrant böhranı ilə bağlı olduqca populyardır. O bildirib ki, səsvermənin nəticəsi Rutte hökuməti və hazırkı formada olan Avropa Birliyi üçün “sonun başlanğıcı”dır. O, “Twitter”də belə deyib: “Əgər seçicilərdən üçdə ikisi bu müqaviləyə “yox” deyirsə, bu, Brüssel və Haaqa elitasına qarşı olan adamların inamsızlığının səsidir”. Avropa Komissiyası bildirib ki, bununla bağlı Niderland hökumətinin təklif etdiyi yolu gözləyəcək.
Avropa Parlamentində ən böyük blok olan Sağ-mərkəzçi Avropa Xalq Partiyasının lideri, Almaniya kansleri Merkelin müttəfiqi Manfred Veber bildirib ki, sözügedən referendum Niderland hökuməti üçün “böyük məğlubiyyətdir” və ciddiyə alınmalıdır: “Biz Avropanı daha demokratik və şəffaf etməyə ehtiyac duyuruq. Brüsseldə həddindən artıq gizli siyasət həyata keçirilir”.
Onu da qeyd edək ki, Ukrayna prezidenti Poroşenko deyib ki, sözügedən holland referendumunun təşkilatçılarının əsas məqsədi “Avropanın vahidliyinə və Avropa dəyərlərinin yayılmasına qarşı hücum”dur. Bundan başqa, o, assosiasiyanın lehinə səs verənlərə təşəkkür edib və əlavə edib ki, referendum konsultativ xarakter daşıyır.
Ukrayna prezidenti bildirib ki, onun ölkəsi, Hollandiyadakı səsverməyə önəm vermədən Avropa Birliyinə doğru hərəkətinə davam etmək istərdi: “Hansısa şərtlər altında biz Avropa Birliyi ilə assosiasiya razılaşmasını həyata keçirməliyik. Buraya dərin və əhatəli ticarət sazişi də daxildir”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info