Ştaynmayer: “Kim status-kvonu saxlamağa çalışırsa, vəziyyətin gərginləşməsi riskinə gedir”
Tarix: 08.04.2016 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Ermənistan prezidenti Serj Sərkisyan ilə görüşü və Dağlıq Qarabağ regionunda əldə edilmiş atəşkəslə bağlı fikirlərini mətbuatla bölüşüb: “Hazırda vəziyyət çox kövrəkdir. Ona görə də mənim erməni tərəfinə verdiyim ismarış bu idi: kim bütün cəhdlərini hazırkı status-kvonu saxlamağa yönəldirsə, o da qeyri-müntəzəm zaman intervalında güc tətbiqi ilə vəziyyətin gərginləşməsi riskinə gedir”.
ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, hazırda əsas səylərin yönəlmiş olduğu zəncirvarı hədəflərə nail olmaq lazımdır. İlk növbədə, güc tətbiqindən imtinaya nail olunmalı, sonra sabitləşdirici və ya etimadyaradıcı tədbirlərlə müşayiət olunan prosesə başlanmalı və bununla da yaxın gələcəkdə Minsk qrupu çərçivəsində bu regionun gələcək statusu ilə bağlı danışıqlara start veriləcək mərhələ hazırlanmalıdır. Son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi təxribatlarla bağlı Yunanıstanın sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dora Bakoyannis də açıqlama verib. Xanım Bakoyannis tərəflər arasında atəşkəsin əldə edilməsindən məmnunluğunu ifadə edərək atəşkəsə əməl olunmasının vacibliyini vurğulayıb: “İstənilən xırda insident münaqişənin kəskinləşməsinə səbəb ola bilər. Hesab edirəm ki, hər iki tərəf vəziyyət üzərində nəzarəti əldən verməyəcək. Əks təqdirdə, vəziyyət regionda arzuolunmaz nəticələrə səbəb ola bilər”. O, həmçinin ATƏT-in Minsk qrupunun problemin sülh yolu ilə həlli yolundakı cəhdləri, ABŞ, Rusiya və Fransadan olan həmsədrlərin bu məsələ ilə bağlı səyləri qeyd edilib, müvafiq razılığa gəlmək üçün beynəlxalq birliyin dəstəyinin vacibliyi bildirilib: “Ermənistan və Azərbaycan arasında müntəzəm olaraq dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində bu mürəkkəb problemin həlli məqsədilə görüşlər keçirilib. Bundan əlavə, münaqişənin həlli istiqamətində müvafiq təkliflər irəli sürülüb, xüsusi planlar hazırlanıb. Lakin problem həll olunmadığından biz daha təhlükəli və gərgin vəziyyətin şahidi oluruq. 2009-cu ildə ATƏT sədri olaraq mən bu problemlə yaxından tanışam və hesab edirəm ki, biz müvafiq səviyyədə mütəşəkkil qaydada fəaliyyət göstərsək problemin sülh yolu ilə həllinə nail ola bilərik”.
A. Babayev




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22.03.2019
Yeni Zelandiyada məsciddə oxunan azan dövlət televiziyasında canlı yayımlandı
22.03.2019
Afinada Rusiya səfirliyinin qarşısındakı polislərə qumbara atılıb
22.03.2019
Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info