“Ermənistan hərbi qüvvələri Dağlıq Qarabağ və ətraf 7 rayondan çıxarılmalıdır”
Tarix: 08.04.2016 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Fransalı senator, Müluz Aqlomerasiyasının prezidenti Jan Mari Bokel aprelin 1-dən 2-nə keçən gecə Ermənistan tərəfindən həyata keçirilmiş hərbi təxribatı pisləyən bəyanat yayıb.
Bokel bu təxribat nəticəsində azərbaycanlı əsgərlərin və mülki vətəndaşların həlak olması ilə bağlı kədərləndiyini bildirib. Senator Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğalı və yeni insan itkiləri ilə əlaqədar başsağlığı ifadə edib: “Münaqişənin sülh yolu ilə ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməməsinə ATƏT-in Minsk qrupu həmsədrlərinin kifayət qədər diqqət yetirməməsi, bu səbəbdən də qəbuledilməz status-kvonun uzun illər qalması və bunların nəticəsində bu gün faciəvi qarşıdurmanın baş tutması çox kədər doğurur. Ermənistan beynəlxalq hüquqa, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamələrin icrasına hörmətlə yanaşmalıdır. Ermənistan hərbi qüvvələri Azərbaycanın qeyri-qanuni işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonundan sülh yolu ilə çıxarılmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19.02.2019
YAP Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı
19.02.2019
İqtidarın qazandığı hər bir uğur müxalifətin siyasi iflasını sürətləndirir
19.02.2019
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edildi - səfir vəzifəsindən geri çağırıldı
18.02.2019
İbrahim Öztek: “Xocalı soyqırımı nankor bir cəmiyyətin xəyanətkar hücumunun son halqasıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info