Vyetnam mətbuatı: “Dağlıq Qarabağ regionu Azərbaycana məxsusdur”
Tarix: 08.04.2016 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Nüfuzlu “Voice of Vietnam” qəzetində “Azərbaycan Dağlıq Qarabağı güzəştə getməyəcək” başlıqlı məqalə dərc olunub. Məqalə Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanovun erməni separatçılarının cəbhə xəttində təxribatı nəticəsində yaranmış gərginliklə əlaqədar Hanoyda keçirdiyi mətbuat konfransında dediyi fikirlər əsasında hazırlanıb.
“Voice of Vietnam”ın məqaləsində cəbhə xəttində atəşkəsin razılaşdırılmasına baxmayaraq, Azərbaycan tərəfinin Dağlıq Qarabağ üzərində suverenliyini bərpa etmək fikrindən heç zaman daşınmayacağı vurğulanıb. Xəbərdə Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək niyyətində olduğu bildirilir, lakin aprelin 5-də əldə olunan atəşkəsin Ermənistan tərəfindən pozulacağı təqdirdə Azərbaycanın buna cavab verməkdən çəkinməyəcəyi qeyd olunur.
Vyetnam qəzeti Dağlıq Qarabağ regionunun Azərbaycana məxsus olduğunun beynəlxalq ictimaiyyət tərəfindən tanındığını bildirir, bununla bağlı BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının bir neçə qətnaməsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi vurğulanır.
Xəbərdə, həmçinin işğal altındakı Dağlıq Qarabağ və ətraf yeddi rayonda yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin Azərbaycanın təmas xətti boyu yerləşən yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki əhaliyə və obyektlərə ciddi ziyan dəydiyi, Azərbaycan ordusunun müvafiq cavab tədbirləri gördüyü bildirilir. Qeyd olunur ki, son əməliyyatlar zamanı Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri yerləşən bir neçə yüksəkliyi geri alıb.
“Voice of Vietnam” Azərbaycan tərəfinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək statuslu muxtariyyətin verilməsinə hazır olduğu vurğulanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info