“Sərhəd” hərbi-idman oyununun Naxçıvan şəhər mərhələsinin qalibi müəyyənləşib
Tarix: 08.04.2016 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında “Sərhəd” hərbi-idman oyununun Naxçıvan şəhər mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, hərbi-idman oyunları “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Oyunda komandalar sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, kəndirin dartılması, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülməsi və yığılması və digər mərhələlər üzrə qüvvələrini sınayıblar.
Hərbi-idman oyununun yekun nəticəsinə əsasən, Naxçıvan şəhər 9 saylı tam orta məktəbin komandası I yerə, 13 saylı tam orta məktəbin komandası isə II yerə layiq görülüb. Qalib komandalara “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
Qeyd edək ki, I yerin qalibi olan 9 saylı tam orta məktəbin komandası oyunların II mərhələsində, yəni Naxçıvan Muxtar Respublika zona mərhələsində Naxçıvan şəhərini təmsil edəcək.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlətin mühüm sosial layihəsi: hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb
21.02.2019
Gömrükdən kişmiş adıyla narkotik vasitə keçirmək istədi
21.02.2019
Yaponiya səfiri “Khazar“ Avtomobil Zavodunda olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info