Uduşlardan gəlir əldə edən fiziki şəxs vergi bəyannaməsi təqdim etmir
Tarix: 08.04.2016 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Bu il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, idman mərc oyunları üzrə uduşlardan əldə olunan gəlirin ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulub.
Vergilər.az saytında yer alan məlumata görə, “Bədən tərbiyəsi və idman haqqında” Qanunun 54-cü maddəsinə əsasən, bədən tərbiyəsi və idman dövlət büdcəsindən ayrılan, bu sahə üzrə tədbirlərin təşkilindən əldə olunan, idman lotereyasının, idman mərc oyunlarının keçirilməsindən daxil olan vəsaitlər, fiziki və hüquqi şəxslərin ianələri hesabına və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən maliyyələşdirilir. İndiyədək isə bu sahədən vergilər yalnız operator və satıcıları əhatə edirdi.
Qanunvericiliyə görə, idman mərc oyunlarında uduşlardan gəlir əldə etmiş şəxslər gəlir vergisi ödədikləri halda, onların vergi bəyannamələri təqdim etmələrinə ehtiyac yoxdur. Mövcud qanunvericiliyə əsasən, uduş əldə edən şəxsin vergisini oyunu keçirən operator özü rəsmiləşdirməlidir. Uduşu qazanmış şəxsdən 10 faiz dərəcəsi ilə vergi tutan operator özü vergi bəyannaməsini vergi orqanına təqdim edərkən həmin uduş məbləğləri ilə bağlı məlumatları da bəyan edir. Ona görə də gəlir əldə edən fiziki şəxsin vergi orqanında uçota alınması və bəyannamə təqdim etmək öhdəliyi yaranmır.
Həmin şəxs vergi ödənişləri ilə bağlı sənədləşmə işlərində yaranan problemlərə görə də məsuliyyət daşımır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycan neftinin bir barreli 80,34 dollara satılır
21.09.2018
Toxuculuq sənayesi 63 faiz artıb
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info