Erməni mərmiləri Tapqaraqoyunluda doqquz evi dağıdıb
Tarix: 08.04.2016 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Goranboyun sərhəd kəndlərində düşmənin vurduğu ziyanın həcmi müəyyənləşdirilir.
Bunu APA-ya açıqlamasında Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elçin Cahangirov deyib.
Onun sözlərinə görə, komissiya əməkdaşları aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin artilleriya qurğularından atəşə məruz qoyduğu Tapqaraqoyunluda araşdırma aparırlar. İlkin məlumata görə, kənddə 9 fərdi ev tamami ilə dağılıb. 39 evə qismən, 32 evə isə az ziyan dəyib. Bundan başqa iki iaşə obyekti tam, biri isə qismən dağıdılıb. Həmçinin kəndin elektrik, qaz  və yol təsərrüfatına xeyli ziyan dəyib. Ermənilərin atdığı mərmilər həyətyanı sahələrə də ciddi zərər vurub.
E. Cahangirov bildirib ki, dəyən ziyan dəqiqləşdirildikdən sonra Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliklə birgə yararsız hala düşən evlərin bərpası işlərinə başlanılacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info