Gəncədə yeraltı yolları robotlar bərpa edəcək
Tarix: 27.02.2013 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Gəncədə yeraltı fayton yollarını bərpa etmək üçün ABŞ-dan robotlar gətiriləcək. Bu barədə Gəncə Regional Elmi Mərkəzin direktor müavini Samir Pişnamazzadə məlumat verib. Onun sözlərinə görə, bununla bağlı ABŞ-ın Smitsan İnstitutunun Milli Muzeyinin rəhbəri Pol Maykl Teylor Gəncədə səfərdə olub.
O, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə Regional Elmi Mərkəzinin direktoru Fuad Əliyevlə görüşüb. Görüşlərdə bu məsələ müzakirə edilib. Hazırda yolların bərpasında robotların iştirakı ilə bağlı layihə hazırlanıb və qonaq onu Vaşinqtonda müzakirə edəcək. Nəticə müsbət olarsa, bu ilin ortalarında işlərə başlanıla bilər. Qeyd edək ki, Gəncədə yeraltı fayton yollarının muzey kimi bərpası planlaşdırılır. Bu istiqamətdə aparılan tədqiqat işləri nəticəsində şəhərdəki bütün yeraltı yolların xəritəsi hazırlanıb. Bu tunellərdə tarixi muzeyin yaradılması üçün Gəncə Regional Elmi Mərkəzinin Arxeologiya və Etnoqrafiya şöbəsi tərəfindən lazımi inventar və əşyalar da artıq toplanıb. Yolların tikintisi ilə bağlı bir çox işlər də görülür. Lakin S.Pişnamazzadə bunun təhlükəli bir proses olduğunu və ona görə də bu işdə robotlardan istifadə edilməsinin planlaşdırıldığını bildirib. Qeyd edək ki, yeraltı yollar şəhərin üç istiqamətində uzanaraq, Yeni Gəncə yaşayış massivini İmamzadə kompleksi ilə birləşdirir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info