İsa Həbibbəyli: “Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarındandır”
Tarix: 08.04.2016 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarındandır.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutundan “Trend”-ə verilən məlumata görə, bunu AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Şamaxı şəhərində keçirilən "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" adlı III Beynəlxalq elmi konfransda çıxışı zamanı deyib. İ.Həbibbəyli bildirib ki, XX əsr boyu Azərbaycan xalqına və ümumən türk millətinə qarşı Şərqi Anadoluda, Qafqazda və Orta Asiyada, hətta Cənubi Azərbaycanda bir neçə dəfə ağır, dəhşətli soyqırımı və deportasiyalar baş verib: "Azərbaycan alimlərinin əsas məqsədi ölkənin və xalqın real tarixini öyrənib gerçək şəkildə gələcək nəsillərə çatdırmaqdan, yalançı, saxta erməni təbliğatının qarşısının alınmasından və obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir". AMEA-nın vitse-prezidenti əlavə edib ki, bu gün Azərbaycan alimlərini narahat edən dünya ictimaiyyətinin bizim həqiqətləri görmək istəməməsidir. İ.Həbibbəyli Azərbaycanda baş verən soyqırımlarının tədqiq olunmasının təşəbbüskarının birbaşa Azərbaycan Prezidenti İlham Əliyev olduğunu da xatırladıb.
Tarix institutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, 1914-1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımlar ümumdünya tarixinin ən dəhşətli soyqırımlarıdır.
O bildirib ki, dünya tarixində ermənilərin 1914-1918-ci illərdə törətdikləri soyqırımlar qədər dinc, silahsız əhalini, o cümlədən uşaqları, qadınları və qocaları amansızcasına, namusu və heysiyyatı alçaldılaraq ən qəddar üsullarla məhv edilməsi faktına təsadüf olunmur: "Məkrli ermənilər "böyük Ermənistan" yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq, qəsbkarlıq siyasəti aparmışlar. Əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvan ellərində və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı həyata keçirib, minlərlə insanı - qocanı, qadını, uşağı, gənci qanlarına qəltan ediblər".

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info