Tatyana Mixaleva: “AITF” sərgisi turizm istiqamətlərinin populyarlaşdırılmasına kömək edir”
Tarix: 08.04.2016 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Ötən yay mövsümündə Bakı və Barselona şəhərləri arasında birbaşa aviareyslərin açılması, eləcə də təklif etdiyimiz turizm istiqamətinin Azərbaycan bazarında təbliğ edilməsi son illər Kataloniyanı tanınmış və populyar istiqamətə çevirib. Bu sözləri  Bakıda keçirilən “AITF” sərginin iştirakçısı olan Kataloniya Turizm İdarəsinin (Catalan Tourist Board) Şərqi Avropa ölkələri üzrə meneceri Tatyana Mixaleva deyib. “Biz “AITF” sərgisində Azərbaycan turistlərinin yaxşı tanıdıqları və paytaxtı Barselona şəhəri olan Kataloniya (İspaniya) Muxtar Vilayətini təqdim edirik. Bizim stenddə Kataloniya bölgəsinin bir sıra regionları – Kosta-Dorado rayonunun cənub sahilləri, xüsusilə də geniş “Salou” kurortu, eləcə də iştirak edən üç şirkət – “Novovira”,“Ankodes” və “Etsas” haqqında məlumat əldə etmək mümkündür. Kataloniya Aralıq dənizi və Pireney dağlarının, eləcə də bir sıra tarixi və mədəni abidələrin qonşuluğunda yerləşən unikal regiondur. Bu il Kataloniyada “Qastronomiya və Enoturizm ili”, yəni milli mətbəx və çaxırçılıq ili elan edilib və biz bölgənin bu ənənələri barədə sərgi ziyarətçilərinə ətraflı məlumat veririk”, - deyə T.Mixaleva bildirib. O deyib: “Bu, bizim “AITF” sərgisində ilk iştirakımız deyil və biz bu il yubiley sərgidə məmnuniyyətlə iştirak edirik. Bu tədbir bizim üçün nüfuz məsələsidir və burada turizm istiqamətinin populyarlaşdırılması həyata keçirilir. Qeyd etmək istərdim ki, bizi həm yerli turizm agentlikləri, həm də son istehlakçılarla, yəni turistlərlə görüşlər maraqlandırır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Amnesty International“ idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir
24.05.2019
Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb
24.05.2019
Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”
24.05.2019
İran bombardmana məruz qalsa belə təslim olmayacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info