Andrey Kozlov: “AITF” sərgisi Azərbaycanın turoperatorları ilə sıx əməkdaşlığa şərait yaradır”
Tarix: 08.04.2016 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Biz Azərbaycan turoperatorları ilə sıx əməkdaşlıq edirik və turizm agentlikləri ilə birbaşa iş aparmaq üçün öz siyasətimizi formalaşdırırıq.
Bu sözləri Bakıda keçirilən “AITF” sərginin iştirakçısı olan “Terra Minora” şirkətinin şöbə müdiri Andrey Kozlov deyib. O bildirib ki, “Terra Minora”nın baş ofisi Moskvadadır, habelə şirkət Latviya və İspaniyada şöbələri olan beynəlxalq turoperatordur. Şirkət 2010-cu ildə təsis edilib və fərdi turizm sahəsi üzrə ixtisaslaşıb. “Bizim xeyli sayda turizm qruplarımız var və əsas turizm marşrutlarımız Baltikyanı ölkələr, BƏƏ, Tailand, Amerika Birləşmiş Ştatları və digər istiqamətlərdir. Biz Azərbaycanı “AITF” sərgisi vasitəsilə də təbliğ edirik. “Terra Minora” şirkəti Azərbaycan turoperatorlarına yaxşı tanışdır. Bununla yanaşı, biz həmişə sərgidə yeni istiqamətlərlə iştirak etməyə çalışırıq. Bizim builki yeniliyimiz İspaniyanın Kosta-de-Sol sahillərindəki villa və apartamentlərin alğı-satqısı və icarəsi üzrə hüquqi dəstəkdir. Buna görə də, əməkdaşlıq qurmaq və tərəfdaşlıq bazasını genişləndirmək üçün stendimizdə köhnə dostlar və yeni şirkətlərin yolunu gözləyirik”, - deyə A.Kozlov bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Qoy əfqan xalqı öz liderini özü seçsin“
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info