İsrailli jurnalistlərin ölkəmizə səfərinin yekunları ilə bağlı tədbir keçirilib
Tarix: 08.04.2016 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Bakıda israilli jurnalistlərin Azərbaycana səfərinin yekunları ilə bağlı tədbir keçirilib.
Tədbirdə Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev, İsrail Azərbayanlıları Konqresinin sədri, xoşməramlı səfir, doktor Aleksander Şapiro-Suliman, "Azİz" Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak, İsrail Jurnalistlər, dövri mətbuat birliyinin sədri İosef Frenkel və KİV nümayəndələri iştirak ediblər.
İ. Ağayev Beynəlxalq Diaspora Mərkəzi və “Azİz” Beynəlxalq Assosiasiyasının birgə təşkil etdiyi səfərin əhəmiyyətindən, səfər çərçivəsində keçirilən görüşlərin vacibliyindən danışıb.
Şapiro-Suliman isə səfər çərçivəsində keçirilən görüşlərdən bəhs edərək israilli jurnalistlərin İsrailin Azərbaycandakı səfirliyində görüş keçirdiklərini,Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşdüklərini, habelə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qarabağda gedən döyüşlər haqqında informasiyalar aldıqlarını və həmin məlumatları dərhal İsrailə ötürdüklərini bildirib. O, israilli jurnalistlərin Quba Memorial Kompleksində olduqlarını və Quba rayon icra başçısı ilə görüşdüyünü də əlavə edib.
A. Şapiro-Suliman israilli media nümayəndələrinin baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşdüyünü də bildirib. Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana dəymiş ziyanla bağlı geniş diskussiya aparılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info