“Bu qrupdan çıxmaq olar”
Tarix: 09.04.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


“Mənə elə gəlir ki, bu qrupdan çıxmaq olar. Əsas odur ki, dediyimiz “top-komandalar”ın bəzilərindən uzaq olduq”. Bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov deyib. 17 yaşadək futbolçular arasında Azərbaycanda keçiriləcək Avropa çempionatının püşkatmasından sonra yığmamızın çalışdırıcısı jurnalistlərə açıqlama verib. Millimizin düşdüyü qrupu dəyərləndirən Həsənov komandamızın növbəti mərhələyə adlamaq şansını dəyərləndirib: “Qrupumuzdakı Portuqaliya, Belçika və Şotlandiya zəif komandalar deyil. Amma bu qrup səddini aşmaq olar. Bunun üçün əlimizdən gələni edəcəyik. Məncə, qrupumuzun ən güclüsü Portuqaliyadı. Belçika da çox güclü komandadı. Ancaq onlara qarşı da oynamaq olar. Komandaya yeni futbolçular cəlb olunacaq. Amma hələ adları açıqlamaq istəmirəm”. T.Həsənov bildirib ki, yoxlama görüşü keçirmək istəsələr də, bu alınmayıb: “Ola bilsin, bu gün yenə danışıqlar olsun. Bəzi komandalar Bakıya 10 gün tez gələ bilərlər. Bizim qrupda düşməyən komandalarda tez gələn olsa, onlarla yoxlama görüşü keçirmək üçün danışıq aparacağıq. Çox istərdim ki, qrupumuzdakı komandalara uyğun olan rəqiblərlə danışaq. Məsələn, Portuqaliyanın oyun üslubu ilə eyni olan İspaniya ilə oynamaq istərdik. Belçikaya uyğun olan isə Avstriyadı. Əgər razı olsalar, onlarla üz-üzə gəlmək istərdik”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info