“Azərsu”nun təhsil alan işçilərinə əlavə 10 gün məzuniyyət veriləcək
Tarix: 09.04.2016 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ali və orta ixtisas təhsili müəssisələrində oxuyan işçilərinə hər tədris ili üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən əlavə 10 təqvim günü ödənişli təhsil məzuniyyəti veriləcək.
ASC-nin mətbuat xidmətindən bildirilib ki, bu güzəşt və imtiyazlar “Azərsu” ilə Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2016-2018-ci illər üzrə imzalanan sahə kollektiv sazişində əks olunub. Saziş işçilərin əmək və sosial hüquqlarının, qanuni mənafelərinin daha etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Yeni sazişin hazırlanmasına işəgötürən və həmkarlar təşkilatının mütəxəssisləri cəlb olunub, əvvəlki müqaviləyə bir sıra əlavə və dəyişikliklər edilib. Saziş əmək kollektivinin iş şəraitinin yaxşılaşdırılması, əməyin ödənilməsi, mühafizəsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qarşılıqlı maraqlar əsasında hazırlanıb, tərəflərin müzakirəsinə çıxarılıb. Sənədə edilən dəyişikliklərdə Əmək Məcəlləsinin tələbləri nəzərə alınıb, işçilər üçün bir sıra güzəşt və imtiyazlar müəyyən edilib. Sənədə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində oxuyan işçilərə hər tədris ili üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən əlavə 10 təqvim günü ödənişli təhsil məzuniyyəti verilir. Eyni zamanda, yeni ailə quran, övladı ilk dəfə orta məktəbə gedən, ailə üzvü və ya yaxın qohumu vəfat edən işçilərə ödənişli məzuniyyət günləri veriləcək. Kollektiv sazişə əsasən, müəssisənin, idarənin, təşkilatın işçilərinin sayının ixtisarı zamanı qanunvericilikdə nəzərdə tutulan hallardan əlavə, işdə saxlanmaq üstünlükləri də nəzərdə tutulub. Belə ki, yaşa görə əmək pensiyasına çıxmağa 3 ili qalan, təşkilatda 15 ildən artıq işləyən, himayəsində birinci qrup əlil ailə üzvü olan, 3 və daha artıq azyaşlı uşağı olan işçilərə işdə saxlanma üstünlüyü verilir. Eyni zamanda, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, keyfiyyətsiz icra etdikdə aylıq əmək haqqının 20 faizi məbləğindən çox olmamaq şərti ilə cərimənin tətbiqi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info