Salyan-Şirvan avtomobil yolunun tikintisi davam etdirilir
Tarix: 09.04.2016 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.
Bu işlər “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. ASC-nin mətbuat xidmətindən bildirilib ki, uzunluğu 34 kilometr olan yolun III texniki dərəcəyə uyğun yenidən qurulması layihəsi çərçivəsində torpaq yatağının eni 13 metr, hərəkət hissəsinin eni 9 metr, hərəkət zolaqlarının sayı 2, çiyinlərin eni isə 2 metrdir. Yolun tikintisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Artıq yolun 7 kilometrdən çox hissəsində əsaslı tikinti işləri görülüb. Tikinti işlərinin aparıldığı hissədə yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınıb, yeni yol əsası tikilib, karbonat materialı tökülərək kipləşdirilib. Yenidənqurma işlərinin aparıldığı ərazinin 5 kilometrlik hissəsinə ikiqat olmaqla 20 santimetr qalınlığında, 1,5 kilometrlik hissəyə isə bir qat olmaqla 10 santimetr qalınlığında müasir standartlara cavab verən asfalt-beton örtüyü döşənib. Bir kilometrlik hissədə isə yeni asfalt-beton örtüyünün döşənməsi üçün yol tam hazır vəziyyətə gətirilir. Bundan əlavə, ölkənin cənub rayonları ilə şimal-qərb bölgəsini birləşdirən yolun tikintisi işləri çərçivəsində 300 min kvadratmetr sahəyə 3 qat olmaqla 25 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Bu isə ağır tonnajlı maşınların müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismar olunmasına imkan verəcək. Respublika əhəmiyyətli yolun tikintisi başa çatdıqdan sonra 20-yə yaxın yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq.




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Ötən ay rabitə, poçt və kuryer xidmətlərinin qiymətləri dəyişməyib
18.05.2019
Moody`s: Davam edən islahatlar Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək
18.05.2019
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18.05.2019
Daşkəsən arıçılarına subsidiya verilib
18.05.2019
Bu il 15 rayonda pambıq əkilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info