Azərbaycan alimi beynəlxalq elmi simpoziumda məruzə edib
Tarix: 09.04.2016 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


İstanbulda Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi və Atatürk Araşdırma Mərkəzinin birlikdə təşkil etdiyi, Türkiyə, Azərbaycan, Almaniya, Hollandiya, Rumıniya, Rusiya, İspaniya, Portuqaliya və b. ölkələrdən görkəmli tarixçilərin iştirak etdiyi “Diplomatiya və xarici siyasət məsələlərinin araşdırılmasında arxivlərin rolu” adlı beynəlxalq elmi simpozium keçirilib.
Simpoziumda ölkəmizdən professor, millət vəkili Musa Qasımlı “SSRİ-nin Ankaradakı səfiri Suritsin 1923-cü ildə Mərkəzə göndərdiyi məktublarında Türkiyənin xarici siyasət məsələləri” mövzusunda məruzə edib. İlk mənbələr əsasında hazırlanmış və böyük maraq doğuran məruzədə 1923-cü il Lozan konfransında SSRİ və Türkiyə arasında münasibətlərdə soyuqluq yarandıqdan sonra sovet hökumətini narahat edən - Türkiyənin xarici siyasətinin necə olacağı, Antanta ölkələri ilə yaxınlaşaraq Azərbaycan nefti üçün təhlükə yaradıb-yaratmayacağı, azərbaycanlı antisovet qüvvələrə yardım edib-etmədiyi, Ankaranın bu ölkələrlə yaxınlaşmasının qarşısını almaq üçün sovet dövlətinin iqtisadi, siyasi və diplomatik sahələrdə hansı tədbirlər ala bilməsinin mümkünlüyü, Suritsin Türkiyə Böyük Millət Məclisinin İnformasiya idarəsinin rəisi Əhməd bəy Ağayev ilə keçirdiyi görüşlərinə dair məlumatlar və b. məsələlər təhlil edilib. Sovet səfiri yazırdı ki, SSRİ-yə güclü Türkiyə lazımdır, Türkiyənin zəifləməsi Antanta ölkələrini Bakı neftinə yaxınlaşdıra və Moskva üçün təhlükə yarada bilər. Eyni zamanda səfir qeyd edirdi ki, Türkiyə sovetlərə qarşı heç bir düşmənçilik siyasəti yürütmür, mürəkkəb beynəlxalq şəraitdə çevik siyasət aparır. Məruzədə İrəvandakı Türkiyə səfirliyinə Ermənistan təhlükəsizlik əməkdaşlarının hücumunun sovet-türk münasibətlərini pozmağa yönəldiyinə və bu hadisənin türk ictimai rəyinə necə təsir etməsinə dair sovet səfirinin fikirləri də analiz edilib. M.Qasımlı deyib ki, yaranmış soyuqluğa baxmayaraq, hər iki ölkə qarşılıqlı maraqları əsas götürüblər, nəticədə, 1925-ci il 17 dekabr tarixində Parisdə hücum etməmək və bitərəflik haqqında pakt imzalayıblar.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Gürcüstan hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırlaşır
19.07.2019
Şəki və Oğuzda tikmə sənətinə maraq göstərən xanımlara ustad dərsləri verilib
19.07.2019
Jurnalistlər üçün Apifioterapiya mərkəzində pulsuz müayinə
19.07.2019
Azərbaycanda yeni internet televiziya yaradılıb
18.07.2019
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info