Gəncədə icrası nəzərdə tutulan layihələrə üstünlük veriləcək
Tarix: 09.04.2016 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Dünən Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Toplantının gündəliyinə “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 fevral tarixli sərəncamının icrası istiqamətində görüləcək işlər, 8-ci qrant müsabiqəsinin yekunları, beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi qaydalarına və maliyyə dəstəyinin göstərilməsi haqqında müqaviləyə dəyişikliklərin edilməsi, Fondun 2012-2015-ci illərdəki fəaliyyətinin auditor yoxlamasının təşkili və s. məsələlər daxil edilib.
İclasa sədrlik edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov bildirib ki, Avropa məkanında gənclər təşkilatlarının ən böyük platforması olan Avropa Gənclər Forumunun təşəbbüsü ilə 2009-cu ildən etibarən hər il bir şəhər “Avropa gənclər paytaxtı” seçilir. İndiyədək bu titula Avropa İttifaqına üzv olan 7 ölkənin şəhərləri layiq görülüb. 2013-cü il noyabrın 21-də Avropa Gənclər Forumunun Baş Assambleyasında beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri “2016-cı il Avropa gənclər paytaxtı” elan edilib. Gəncə ilk şəhərdir ki, Avropa İttifaqına daxil olmayan ölkəni təmsil edir. Şübhəsiz, bu qərar qəbul edilərkən, Azərbaycanda gənclər siyasətin sahəsində qazanılmış uğurlar, gənclər təşkilatlarımızın beynəlxalq gənclər hərəkatındakı yeri və rolu, ölkəmizin qitə və dünya miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi və digər amillər nəzərə alınmışdır. 2016-cı il ərzində Avropa gənclərinin diqqəti Gəncəyə yönələcək. Bu isə qədim şəhərimizi və onun timsalında ölkəmizi daha yaxından tanıtmaq, Azərbaycanla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlverişli imkan yaradacaq. Prezident Gəncə şəhərinin nüfuzlu ada layiq görülməsini yüksək qiymətləndirərək, 2016-cı il fevralın 24-də “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, müvafiq tədbirlərin keçirilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb, 9 nazirlik və 2 dövlət komitəsinin, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun üzərinə konkret vəzifələr qoyulub. Fonda tövsiyə edilib ki, 2016-cı ildə keçirəcəyi maliyyə yardımı müsabiqələrində Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı layihələri prioritet istiqamətlərdən biri kimi nəzərdə tutsun. Qeyd etmək lazımdır ki, Fond bir müddət öncə elan etdiyi 8-ci qrant müsabiqəsinin mövzuları sırasına Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı təşəbbüsləri də daxil edib. Müsabiqə müddətində Gəncə şəhərində təhsil, məşğulluq, könüllülük, sosial rifahın yüksəldilməsi, cəmiyyət həyatında fəal iştirak və digər istiqamətlər üzrə təşəbbüslərini reallaşdırmaq istəyən yüzlərlə gənc və gənclər təşkilatı Fonda çoxlu sayda layihə təqdim ediblər. Müşahidə Şurasının üzvləri 8-ci qrant müsabiqəsinin yekunlarının müzakirəsi zamanı Gəncə şəhərində icrası nəzərdə tutulan layihələrə üstünlük verilməsinin məqsədəuyğun olduğunu vurğulayıblar. Qeyd edilib ki, Prezidentin sərəncamına uyğun olaraq, Gənclər Fondunun növbəti qrant müsabiqələrində də Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı təşəbbüslər bütün kateqoriyalar üzrə prioritet olmalıdır. Gündəlikdə duran ikinci məsələ - 8-ci qrant müsabiqəsi barədə məlumat verən T.Süleymanov bildirib ki, 2015-ci il dekabrın 18-dən 2016-cı il yanvarın 15-dək Fonda “A” (gənclər təşkilatlarının yerli layihələri), “B” (gənclər təşkilatlarının beynəlxalq layihələri) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1849 layihə təklifi daxil olub. Yanvar ayının ikinci yarısı və fevral ayı ərzində layihələr Fondun aparatının əməkdaşları tərəfindən sistemləşdirilib, hər biri haqqında annotasiya və rəylər hazırlanıb, Bakı şəhərində və regionlarda 1000-dək müraciətçi ilə görüşlər keçirilib. Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını indiyədək təqdim etməmiş gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəliblər. Digər təkliflər qiymətləndirilərkən, ilk növbədə, ictimai əhəmiyyət kəsb edən, gənclərin fiziki, intellektual və mənəvi inkişafına xidmət edən, real icra planı və büdcəsi olan layihələrə üstünlük verilib. Aparılan müzakirələr nəticəsində “A” kateqoriyası üzrə 190 layihədən 144-nün, “B” kateqoriyası üzrə 17 layihədən 12-nin, “C” kateqoriyası üzrə 1642 layihədən 737-nin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunmuş 893 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 3 807 300 manat vəsaitin ayrılması nəzərdə tutulub. Verilmiş yekun qərara əsasən, gənclər təşkilatlarının Gəncə şəhərində keçirilməsi planlaşdırılan 28 yerli və 6 beynəlxalq, fiziki şəxslərin isə 59 layihəsi dəstəklənib, həmin layihələrin icrası üçün 595.400 manat vəsait ayrılıb. İclasda “Maliyyə yardımının göstərilməsi haqqında Müqavilə”yə və “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi Qaydaları”na dəyişikliklərin layihələri müzakirəyə çıxarılıb. Hər iki sənəddə bir sıra əlavə və dəyişikliklərin edilməsi təklif olunub. Təkliflər müzakirə olunduqdan sonra Müşahidə Şurası tərəfindən təsdiq edilib. Müşahidə Şurası üzvləri Fondun Nizamnaməsinə uyğun olaraq, 2016-cı ilin iyun ayında qurumun 2012-2015-ci illərdəki fəaliyyətinin auditor yoxlamasının təşkili barədə qərar qəbul edib. İclasın gündəliyindəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri - gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Cavid Məmmədov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, baş mühasib Elmar Talıblı və sektor müdiri Orxan Ərəbov iştirak ediblər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info