“Le Huffington Post”: “Dağlıq Qarabağ Azərbaycanın qanuni ərazisidir”
Tarix: 11.04.2016 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Fransanın “Le Huffington Post” portalında Avropada Təhlükəsizlik və İnkişaf İnstitutunun (İPSE) tədqiqatçısı, MEVA qadın hüquqları qeyri-hökumət təşkilatının baş katibi Patrisiya Lalondun “Dağlıq Qarabağ: münaqişənin təcili həlli” başlıqlı məqaləsi dərc olunub.
Müəllif məqalədə Dağlıq Qarabağda atəş səslərinin yenidən eşidilməsindən və onun bütün Cənubi Qafqaz regionunu bürümək təhlükəsindən söz açır. O, Dağlıq Qarabağ münaqişəsinın 20 ildən artıqdır həll olunmadığını, münaqişə nəticəsində bir milyondan çox dinc əhalinin doğma yurdlarından qaçqın və məcburi köçkün düşdüyünü və onların bu illər ərzində yalnız doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşadıqlarını xatırladır.
Müəllif Dağlıq Qarabağ münaqişəsinin mənbəyinə toxunaraq, bu torpaqların Azərbaycanın qanuni ərazisi olduğunu bildirir. P.Lalond Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımından, bir gecədə 106 qadın, 63 uşaq olmaqla, 613 dinc əhalinin qətlə yetirilməsindən bəhs edərək, Dağlıq Qarabağın bu günədək BMT tərəfindən Azərbaycan torpaqları kimi tanındığını vurğulayır.
Ermənistanın BMT Təhlükəsizlik Şurasının və beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri qətnamələrə məhəl qoymadığını bildirir.
Müəllif BMT, Avropa Parlamenti və ATƏT-in Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və Ermənistandan Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında digər 7 rayonu dərhal işğaldan azad etməsini tələb etdiklərini diqqətə çatdırır.
Qeyd olunur ki, müsəlman ölkəsi olmasına baxmayaraq, Azərbaycan Respublikası dünyəvi ölkədir, radikal islamçı fəaliyyətlərin şiddətləndiyi bir vaxtda ölkəmizdə qadın və milli azlıqların hüquqlarının müdafiəsinə xüsusi diqqət verilir.
Regionda ölkəmizin rolunun əhəmiyyətini vurğulayan Patrisiya Lalond lobbi gücünün ikinci plana keçiriləcəyinə və ümumi maraqların geosiyasi spekulyasiya üzərində qələbə çalacağına ümid etdiyini bildirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İtaliyada üç terrorçu həbs olunub
24.05.2019
Aprel ayında İdlib vә Hәmaya edilәn hücumlarda azı 38 uşaq hәlak olub
24.05.2019
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24.05.2019
İraqın şimalında türk әsgәri şәhid olub
24.05.2019
Hindistanda baş verən yanğında azı 15 yeniyetmə həyatını itirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info