Qara Qarayevin yubileyinə həsr olunan konsert keçirildi
Tarix: 27.02.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Musiqişünaslıq və metodika kafedrasının SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayevin 95 illiyinə həsr edilmiş hesabat konserti keçirilib. Hesabat konsertində çıxış edən, Musiqişünaslıq və metodika kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnara Məhərrəmova, rəhbərlik etdiyi kafedra haqqında məlumat verdikdən sonra, dahi bəstəkar Qara Qarayevin həyat və yaradıcılıq yolundan bəhs edib.

Qeyd olunub ki, bu münasibətlə ölkəmizdə fevral ayının 5-dən etibarən keçirilən dahi bəstəkara həsr edilmiş tədbirlər silsilə xarakter alıb. Bildirilib ki, Azərbaycan musiqisinə ümumdünya şöhrəti gətirən sənətkarlar arasında Qara Qarayev xüsusi yer tutur. Q.Qarayev sənətdə daim yeni axtarışlar sorağında olub. Onun "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Onun birinci simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. Kamera orkestri üçün yazdığı Üçüncü simfoniya isə Azərbaycan musiqisinə dodekfoniya yazı üsulunun gətirilməsi ilə əlamətdardır. "Don Kixot" simfonik qravürləri, "Leyli və Məcnun", "Vyetnam süitası" əsərləri Q.Qarayevin yaradıcılığının dəyərli səhifələridir. "Don Kixot" və "Vyetnam süitası" əsərləri Qarayevin eyni adlı filmlərə bəstələdiyi musiqi əsasında yaradılıb. Bundan əlavə, Q.Qarayev "Dənizi fəth edənlər", "Qızıl eşelon", "Xəzər neftçiləri haqqında povest", "Uzaq sahillərdə" və digər filmərə də musiqi bəstələyib.
Musiqi müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Zəhra Nəcəfli “Qara Qarayev yaradıcılığının ümumi xarakteristikası”, Musiqişünaslıq ixtisası üzrə III kurs tələbəsi Səmra Əliyeva “Qara Qarayevin simfonik yaradıcılığı”, Musiqi müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Aysel Məsumova “Q. Qarayevin balet yaradıcılığı”, Musiqişünaslıq ixtisası üzrə II kurs tələbəsi Nuray Bektaşi “Q. Qarayevin kamera-instrumental yaradıcılığı”, Musiqi müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Aysel Ələkbərova “Q. Qarayevin yaradıcılığında kino musiqisi” mövzularında məruzələr ediblər. Sonra tələbələr bəstəkarın əsərlərini səsləndiriblər. Bəstəkarlıq ixtisası üzrə III kurs tələbəsi Ülvi Əhmədovun “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, Orkestr alətləri ixtisası üzrə I kurs tələbəsi Cahangir Qurbanov Fortepiano kafedrasının baş müəllimi Xalubər Namazovanın müşayiəti ilə “Skripka üçün Prelüd” adlı parçaları uğurla ifa ediblər. Konfransda, Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş film, “Yeddi gözəl” və “İldırımlı yollarda” baletindən, simfonik və kino musiqisindən fraqmentlər nümayiş etdirilib. Sonda konsert proqramından razılığını bildirən uiversitetin rektoru, akademik İsa Həbibbəyli təəssüratlarını bölüşərək, “Yaşadığı zəmanəsinin və bugünkü zəmanəmizin bəstəkarı” olan Q. Qarayevin 95 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayıb. Rektor, universitetin incəsənət fakültəsində istedadlı musiqiçi kadrlarının yetişməsi üçün hərtərəfli şəraitin olduğunu, belə konsertlərin gənc ifaçıların həyatında çox mühüm rol oynadığını, onların səhnə mədəniyyətinə, professional ifaçılıq məziyyətlərinə çox müsbət təsir göstərdiyini qeyd edib. Rektor, tələbələrin və onların üzərində ciddi çalışan müəllimlərin işini yüksək qiymətləndirərək onlara gələcəkdə böyük səhnələri fəth etməyi arzulayıb.
Mina QASIMOVA





 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info