“El Peruano“da “Azərbaycana qarşı təcavüz” adlı məqalə
Tarix: 11.04.2016 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Perunun ən nüfuzlu qəzetlərindən biri olan “El Peruano“ qəzetində Ermənistan tərəfindən işğal edilmiş torpaqlarda son hadisələrə dair “Azərbaycana qarşı təcavüz” adlı məqalə dərc edilib.
Azərbaycanın Meksikadakı səfirliyinin Limadakı ofisinin mətbuat xidmətindən  verilən məlumata görə, məqalədə Ermənistan tərəfindən bu il aprelin 2-də atəşkəs rejiminin 127 dəfə pozulduğundan və beləliklə qoşunların təmas xəttində vəziyyəti gərginləşdirdiyindən bəhs olunur. Ermənistanın bu hərəkətinə cavab olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorunması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin lazımi tədbirlər gördüyü qeyd olunur.
Məqalədə atəşkəsin pozulması ilə vəziyyətin gərginləşməsi nəticəsində hərbçi və mülki şəxslərin həlak olduğu, fərdi mülkiyyətə xeyli ziyan dəydiyi göstərilib. Yazıda Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının beynəlxalq sənədlərlə təsbit edildiyi qeyd olunur və münaqişənin həlli üçün başlıca prinsiplərin əks olunduğu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı, həmçinin BMT Baş Assambleyasının 62/243 (2008) saylı qətnamələrinə işarə vurulur.
Məqalədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən hərbi işğalının problemin həllinə kömək etmədiyi, işğala son qoyulmasının regiondakı ölkələrə və xalqlara əməkdaşlıq perspektivlərindən və iqtisadi inkişafdan faydalanmaq imkanı verəcəyi bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22.03.2019
Yeni Zelandiyada məsciddə oxunan azan dövlət televiziyasında canlı yayımlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info